https://sputnik.az/20230117/azerbaycan-ve-rusiya-xn-rehberleri-lacin-yolundaki-veziyyeti-muzakire-edib-450763927.html
Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolundakı vəziyyəti müzakirə edib
Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolundakı vəziyyəti müzakirə edib
Sputnik Azərbaycan
Rusiya tərəfi Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinin ən qısa müddətdə tam şəkildə açılmasının vacibliyini vurğulayıb. 17.01.2023, Sputnik Azərbaycan
2023-01-17T20:33+0400
2023-01-17T20:33+0400
2023-01-17T22:28+0400
azərbaycan xəbərləri
rusiya
azərbaycan
üçtərəfli bəyanat
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ceyhun bayramov
azərbaycan xin
telefon danışığı
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568885_0:160:3072:1888_1920x0_80_0_0_231eafe7893ddc1b9c5e42c3e93c9860.jpg
BAKI, 17 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.Bu barədə Az'rbaycan XİN məlumat yayıb.Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.Nazir Ceyhun Bayramov Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb.Bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.Nazir Ceyhun Bayramov, guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddiaların əsassız olduğunu qeyd edib. Bu xüsusda, Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsinin Ermənistan tərəfinin əsassız iddialarını təkzib etdiyi vurğulanıb.Bununla yanaşı, özlərini Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin “nümayəndələri” kimi təqdim edən şəxslərin əhalini yoldan istifadəyə maneçilik törətdiyi və bununla süni şəkildə “blokada”, “humanitar böhran” təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib.Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.***Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub. APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, yanvarın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı zamanı ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələlərini müzakirə olunub. Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda müəyyən edilmiş parametrlərə uyğun olaraq Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinin ən qısa müddətdə tam şəkildə açılmasının vacibliyini vurğulayıb. Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas trekləri üzrə hərtərəfli işin bərpası üçün bütün əlaqəli məsələlər üzrə qarşılıqlı məqbul həllərin əldə edilməsinin vacibliyi də vurğulanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/0d/449568885_171:0:2902:2048_1920x0_80_0_0_e6d2ed3b45bd2ab7138ce23d7515c6b3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, azərbaycan, üçtərəfli bəyanat, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ceyhun bayramov, azərbaycan xin, telefon danışığı
rusiya, azərbaycan, üçtərəfli bəyanat, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ceyhun bayramov, azərbaycan xin, telefon danışığı
Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolundakı vəziyyəti müzakirə edib
20:33 17.01.2023 (Yenilənib: 22:28 17.01.2023) Rusiya tərəfi Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinin ən qısa müddətdə tam şəkildə açılmasının vacibliyini vurğulayıb.
BAKI, 17 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Az'rbaycan XİN məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyət, o cümlədən təbii sərvətlərin istismarına və Laçın yolundan sui-istifadəyə qarşı etirazların Azərbaycan vətəndaşlarının legitim hüququ olduğunu vurğulayıb.
Bu xüsusda, etirazçıların haqlı tələblərinin yerinə yetirilməsinin zəruri olduğunu diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov, guya Azərbaycan tərəfindən Laçın yolunun bağlanması, Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin blokadaya alınması, humanitar böhran vəziyyətinin yaranması barədə iddiaların əsassız olduğunu qeyd edib. Bu xüsusda, Laçın yolundan hər gün onlarla nəqliyyat vasitəsinin, sülhməramlı kontingentin avtomobillərinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, erməni təcili tibbi yardım maşınlarının keçməsinin Ermənistan tərəfinin əsassız iddialarını təkzib etdiyi vurğulanıb.
Bununla yanaşı, özlərini Azərbaycan ərazilərində yaşayan erməni sakinlərin “nümayəndələri” kimi təqdim edən şəxslərin əhalini yoldan istifadəyə maneçilik törətdiyi və bununla süni şəkildə “blokada”, “humanitar böhran” təəssüratı yaratmasının qəbuledilməz olduğu bildirilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.
APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, yanvarın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı zamanı ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələlərini müzakirə olunub.
Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda müəyyən edilmiş parametrlərə uyğun olaraq Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinin ən qısa müddətdə tam şəkildə açılmasının vacibliyini vurğulayıb.
Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas trekləri üzrə hərtərəfli işin bərpası üçün bütün əlaqəli məsələlər üzrə qarşılıqlı məqbul həllərin əldə edilməsinin vacibliyi də vurğulanıb.