DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyanın iqtisadiyyat naziri "qısa və çox dərin olmayan" tənəzzülü istisna etməyib

© AP Photo / Michael SohnAlmaniya
Almaniya - Sputnik Azərbaycan, 1920, 17.01.2023
Abunə olmaq
Almaniya kanslerinin müavini və iqtisadiyyat naziri Robert Habek bildirib ki, tənəzzül müsbət hal olmasa da, Almaniya hökuməti və şirkətlərinin birgə səyləri nəticəsində baş verə biləcək ən pis hadisələrin qarşısı alınıb.
BAKI, 17 yanvar — Sputnik. Almaniyada tənəzzül mümkündür, lakin onun ömrü qısa, özü isə çox da dərin olmayacaq.
Bunu ölkə kanslerinin müavini və iqtisadiyyat naziri Robert Habek "Welt TV"nin canlı efirində bildirib.
"Tənəzzül əks hərəkət - iqtisadiyyatın çökməsi demək olsa da, o, uzun müddət üçün mənfi artım deyil. Biz bundan qaça bilərik. Əgər biz klassik tənəzzülü nəzərdən keçiririksə, onda bu, baş verərsə, bu, yalnız qısa müddətə və çox dərin olmayacaq", - deyə Davos Ümumdünya İqtisadi Forumunda olan siyasətçi qeyd edib.
Onun fikrincə, tənəzzül müsbət hal olmasa da, Almaniya hökuməti və şirkətlərinin birgə səyləri nəticəsində baş verə biləcək ən pis hadisələrin qarşısı alınıb.
Xəbər lenti
0