DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ukraynadan gələn gəminin saya oturması səbəbindən Bosfor boğazında hərəkət dayandırılıb

© AP Photo / Khalil HamraBosfor boğazı
Bosfor boğazı - Sputnik Azərbaycan, 1920, 16.01.2023
Abunə olmaq
Sarıyer yaxınlığında saya oturmuş gəminin hazırda xilasetmə əməliyyatı aparılır.
BAKI, 16 yanvar — Sputnik. Ukraynadan İstanbula gedən gəminin saya oturması səbəbindən Bosfor boğazında nəqliyyatın hərəkəti dayandırılıb.
Bu barədə "Habertürk" telekanalı məlumat yayıb.
Gəmi Sarıyer yaxınlığında saya oturub. Hazırda xilasetmə əməliyyatı aparılır. Türkiyə Sahil Mühafizəsi hadisə yerinə qayıq və yedək gəmiləri göndərib. Bosfor boğazı ilə gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Dekabrın əvvəlində 26 tanker Türkiyə sahillərindəkı tıxacda ilişib. Tıxac Rusiya neftinin qiymətlərinə məhdudiyyətlərin başlamasından sonra Ankaranın sığorta ilə bağlı məlumatların təqdim edilməsi tələbi ilə bağlı yaranıb.
Xəbər lenti
0