https://sputnik.az/20230116/turkiye-dunya-enerji-nehenginin-teklifinden-imtina-edib-450688140.html
Türkiyə dünya enerji nəhənginin təklifindən imtina edib
Türkiyə dünya enerji nəhənginin təklifindən imtina edib
Sputnik Azərbaycan
Enerji sektorunun nümayəndələri bu təklifin rədd edildiyini, Türkiyənin hazırda dünyada təbii qaz kəşfiyyatı və hasilatı imkanı əldə edən ölkələrdən biri... 16.01.2023, Sputnik Azərbaycan
2023-01-16T08:33+0400
2023-01-16T08:33+0400
2023-01-16T08:33+0400
türkiyə
dünya xəbərləri
enerji
layihə
qara dəniz
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813365_0:168:3046:1881_1920x0_80_0_0_2fdfe476424fd1c2c7e63ffd058ee073.jpg
BAKI, 16 yanvar - Sputnik.Türkiyə qlobal enerji nəhənginin Qara dənizdə yeni qaz yatağı birgə işləmək təklifini rədd edib. Bu barədə “Sabah” qəzeti yazır. Nəşrin mənbələrinə görə, Qara dənizdəki qaz yataqlarının işlənməsi üzrə əməkdaşlıq təklifləri əvvəllər ABŞ, Böyük Britaniya və Kanadadan gəlib, lakin bu yaxınlarda Türkiyə tərəfi ən konkret təklifi alıb. Qeyd olunur ki, qlobal enerji sektoruna hakim olan dünyanın enerji nəhənglərindən biri Türkiyəyə kəşfin bazar dəyərinin yarısını nağdlaşdırmağı və təbii qazın kəşfiyyatı, hasilatı və sonrakı dövrdə Türkiyə ilə Qara dənizdən dünya bazarına satışı ilə bağlı bütün əməliyyatları birlikdə həyata keçirməyi təklif edib. Enerji sektorunun nümayəndələri bu təklifin rədd edildiyini, Türkiyənin hazırda dünyada təbii qaz kəşfiyyatı və hasilatı imkanı əldə edən ölkələrdən biri olduğunu vurğulayıblar. Ötən ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə “Fatih” qazma gəmisinin ehtiyatları 58 milyard kubmetr olan yeni qaz yatağı kəşf etdiyini, Qara dənizdəki ümumi qaz ehtiyatlarının 710 milyard kubmetrə çatdığını və 1 trilyon dollar dəyərində olduğunu açıqlamışdı.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/18/447813365_158:0:2889:2048_1920x0_80_0_0_206aa3a269fcf7a0d728ff866c1b3321.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, enerji, layihə, qara dəniz
türkiyə, enerji, layihə, qara dəniz
Türkiyə dünya enerji nəhənginin təklifindən imtina edib
Enerji sektorunun nümayəndələri bu təklifin rədd edildiyini, Türkiyənin hazırda dünyada təbii qaz kəşfiyyatı və hasilatı imkanı əldə edən ölkələrdən biri olduğunu vurğulayıblar.
BAKI, 16 yanvar - Sputnik.Türkiyə qlobal enerji nəhənginin Qara dənizdə yeni qaz yatağı birgə işləmək təklifini rədd edib. Bu barədə “Sabah” qəzeti yazır.
Nəşrin mənbələrinə görə, Qara dənizdəki qaz yataqlarının işlənməsi üzrə əməkdaşlıq təklifləri əvvəllər ABŞ, Böyük Britaniya və Kanadadan gəlib, lakin bu yaxınlarda Türkiyə tərəfi ən konkret təklifi alıb.
Qeyd olunur ki, qlobal enerji sektoruna hakim olan dünyanın enerji nəhənglərindən biri Türkiyəyə kəşfin bazar dəyərinin yarısını nağdlaşdırmağı və təbii qazın kəşfiyyatı, hasilatı və sonrakı dövrdə Türkiyə ilə Qara dənizdən dünya bazarına satışı ilə bağlı bütün əməliyyatları birlikdə həyata keçirməyi təklif edib.
Enerji sektorunun nümayəndələri bu təklifin rədd edildiyini, Türkiyənin hazırda dünyada təbii qaz kəşfiyyatı və hasilatı imkanı əldə edən ölkələrdən biri olduğunu vurğulayıblar.
Ötən ilin dekabrında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə “Fatih” qazma gəmisinin ehtiyatları 58 milyard kubmetr olan yeni qaz yatağı kəşf etdiyini, Qara dənizdəki ümumi qaz ehtiyatlarının 710 milyard kubmetrə çatdığını və 1 trilyon dollar dəyərində olduğunu açıqlamışdı.