https://sputnik.az/20230116/ranli-qacaqmalcilar-azerbaycan-serhedcilerinin-emrine-tabe-olmayiblar-ates-acilib-450712969.html
İranlı qaçaqmalçılar Azərbaycan sərhədçilərinin əmrinə tabe olmayıblar, atəş açılıb
İranlı qaçaqmalçılar Azərbaycan sərhədçilərinin əmrinə tabe olmayıblar, atəş açılıb
Sputnik Azərbaycan
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı "Azərbaycan Respublikası dövlət sərhədi haqqında" qanunun tələblərinə uyğun... 16.01.2023, Sputnik Azərbaycan
2023-01-16T15:03+0400
2023-01-16T15:03+0400
2023-01-16T15:03+0400
iran
azərbaycan xəbərləri
dövlət sərhəd xidməti
dövlət sərhəd xidməti
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441636357_0:53:1024:629_1920x0_80_0_0_ae74ec1e36516b1da303914c5bbb3cba.jpg
BAKI, 16 yanvar — Sputnik. Yanvar ayının 15-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən termal videomüşahidə kamerası vasitəsilə 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı "Azərbaycan Respublikası dövlət sərhədi haqqında" qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib. Havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edən sərhəd pozucuları geriyə-İran istiqamətinə qaçıblar. DSX-dən bildirilib ki, sərhəd zastavasının xidməti ərazisi qapadılıb, texniki videomüşahidə kameraları və müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı vasitəsilə bir sərhəd pozucusunun yeri müəyyən edilərək sərhəd naryadı tərəfindən saxlanılıb. İlkin dindirmə zamanı saxlanılan şəxsin 1997-ci il təvəllüdlü İran vətəndaşı Rezai Murtuza Məcid oğlu olması və İrandan Azərbaycan Respublikasına narkotik vasitə keçirmək məqsədilə gəldikləri müəyyən edilib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada, ümumi çəkisi 24 kiloqram 285 qram olan narkotik vasitə (marixuana) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/04/441636357_58:0:966:681_1920x0_80_0_0_351c6f2a029d517a541a31d4b290841a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, dövlət sərhəd xidməti, dövlət sərhəd xidməti
iran, dövlət sərhəd xidməti, dövlət sərhəd xidməti
İranlı qaçaqmalçılar Azərbaycan sərhədçilərinin əmrinə tabe olmayıblar, atəş açılıb
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı "Azərbaycan Respublikası dövlət sərhədi haqqında" qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib.
BAKI, 16 yanvar — Sputnik. Yanvar ayının 15-də saat 21:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən termal videomüşahidə kamerası vasitəsilə 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı "Azərbaycan Respublikası dövlət sərhədi haqqında" qanunun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib. Havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edən sərhəd pozucuları geriyə-İran istiqamətinə qaçıblar.
DSX-dən bildirilib ki, sərhəd zastavasının xidməti ərazisi qapadılıb, texniki videomüşahidə kameraları və müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatı vasitəsilə bir sərhəd pozucusunun yeri müəyyən edilərək sərhəd naryadı tərəfindən saxlanılıb.
İlkin dindirmə zamanı saxlanılan şəxsin 1997-ci il təvəllüdlü İran vətəndaşı Rezai Murtuza Məcid oğlu olması və İrandan Azərbaycan Respublikasına narkotik vasitə keçirmək məqsədilə gəldikləri müəyyən edilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada, ümumi çəkisi 24 kiloqram 285 qram olan narkotik vasitə (marixuana) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.