https://sputnik.az/20230116/qaz-sobalari-usaqlar-arasinda-da-astmaya-sebeb-olur-450672329.html
Qaz sobaları uşaqlar arasında da astmaya səbəb olur
Qaz sobaları uşaqlar arasında da astmaya səbəb olur
Sputnik Azərbaycan
Həkim deyir ki, odun tüstüsü, "ceyran" sobaları da kirli havanı evin içinə ötürürlər, nəicədə astma xəstəliyi yaranır 16.01.2023, Sputnik Azərbaycan
2023-01-16T10:01+0400
2023-01-16T10:01+0400
2023-01-16T10:01+0400
qaz
dünya xəbərləri
soba
astma
xəstəlik
https://cdnn1.img.sputnik.az/img/42280/38/422803819_590:307:3072:1703_1920x0_80_0_0_3ff89ec0e89d55135623d6291a80ddeb.jpg
BAKI, 16 yanvar — Sputnik. “Rocky Mountain İnstitute” səhiyyə təşkilatının məlumatına görə, ABŞ-da uşaqlar arasında astma xəstəliyinin 12,7 %-i qaz sobalarından istifadə ilə əlaqələndirilir. Onlar bu barədə “International Journal of Environmental Research and Public Health” jurnalındakı məqalədə bildiriblər. Tədqiqatçılar 2019-cu ilin məlumatlarını qaz sobasının olduğu evlərdə uşaqlarda astma xəstəliyi risklərinə həsr edilmiş 41 əvvəlki tədqiqatın meta-analizinin nəticələri ilə müqayisə ediblər. Qeyd edilir ki, indi ABŞ evlərinin təxminən üçdə birində qaz plitələrinə bu rast gəlinir. Oxşar nəticələrə malik buna bənzər tədqiqat daha əvvəl Avstraliyada da aparılıb. Bununla belə, qaz sobalarından istifadənin təhlükələri ilə bağlı məsələ əvvəlki tədqiqatlarda dəfələrlə qaldırılmışdı: mütəxəssislər diqqəti azot oksidləri də daxil olmaqla yanma məhsullarının zəif havalandırılan otaqlarda toplaya və tənəffüs yollarına, qan damarlarına zərər verə biləcəyinə yönəldiblər. Pulmonoloq Coşqun Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əslində bu yeni bir məlumat deyil və onlar da dəfələrlə xəstələrə xəbərdarıq ediblər ki, evlərində qaz sobalarından istifadə etməsinlər:"Biz çox zaman astma xəstələrindən soruşuruq ki, evdə nə yandırırsız? Deyirlər ki, odun yandırırıq. Odun tüstüsü, "ceyran" sobaları da kirli havanı evin içinə ötürürlər. Bildiyimiz kimi, astma da elə bronxlardakı həssaslığın artması nəticəsində yaranır. Qaz sobaları belə xəstələrin bronxlarında qıcıqlanma yaradır və nəticədə bronxlarda spazm meydana çıxır ki, bu da tənəffüs çatışmazlığına səbəb olur. Bu səbəbdən hər zaman xəstələrə də tövsiyə edirik ki, qoxusuz olan kombi sistemindən yararlansınlar", - deyə həkim əlavə edib. Mütəxəssis onu da deyib ki, xəstəliyi stimullaşdıran, qıcıqlanndırma yaradan səbəb aradan qaldırılmazsa, sağalma prosesi baş vermir, müalicələr də effektsiz olur. Onun sözlərinə görə, Bakı ilə müqayisədə ucqar ərazilərdə bu məsələ daha aktualdır:"Rayon yelərində evləri isitmək asan olmadığı üçün qaz sobalarından çox isitfadə edilir. Bu səbəbdən Bakı ilə müqayisədə rayonlarda risk daha çoxdur". Pediatr Nigar Mirzəyeva Sputnik Azərbaycan-a açıqlamasında deyibki, astma - hava yollarının zaman-zaman daralması nəticəsində tutmalar şəklində gedən, öskürək, xışıltı və nəfəs darlığı ilə müşahidə olunan, uşaqlıq çağının ən sıx müşahidə olunan xroniki xəstəliklərindən biridir:Astma tutmalarına ən çox səbəb olan faktorlar sırasında yuxarı tənəffüs yolu infeksiyaları ilə yanaşı hava kirliyliyi də var:"ABŞ-da aparılan araşdırmalar qaz sobalarının da astmaya səbəb olduğu göstərilir. Dünyada araşdırılan məlumata əsasən qaz sobalarından havaya qalxan azot dioksidi, formaldehid kimi kimyəvi maddələr tənəffüs yollarına qıcıqlandırıcı təsir göstərərək, iltihab yaradaraq astmanın ortaya çıxmasına səbəb ola bilər. Lakin qeyd edim ki, hələlik Azərbaycanda qaz sobalarının uşaqlarda astmaya səbəb olması haqqında araşdırma yoxdur". Statistikaya nəzər salaq Həkim deyir ki, dünyada 300 milyon insan bronxial astmadan əziyyət çəkir. Azərbaycanda son olaraq açıqlanan 2021-ci ilin rəqəmlərinə görə, bu xəstəlikdən əziyyət çəkən vətəndaşların sayı 8797-dir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/38/422803819_313:0:3044:2048_1920x0_80_0_0_1d6c6db85b690795a14406a4f0e05d67.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, soba, astma, xəstəlik
qaz, soba, astma, xəstəlik
Qaz sobaları uşaqlar arasında da astmaya səbəb olur
Həkim deyir ki, odun tüstüsü, "ceyran" sobaları da kirli havanı evin içinə ötürürlər, nəicədə astma xəstəliyi yaranır
BAKI, 16 yanvar — Sputnik. “Rocky Mountain İnstitute” səhiyyə təşkilatının məlumatına görə, ABŞ-da uşaqlar arasında astma xəstəliyinin 12,7 %-i qaz sobalarından istifadə ilə əlaqələndirilir.
Onlar bu barədə “International Journal of Environmental Research and Public Health” jurnalındakı məqalədə bildiriblər.
Tədqiqatçılar 2019-cu ilin məlumatlarını qaz sobasının olduğu evlərdə uşaqlarda astma xəstəliyi risklərinə həsr edilmiş 41 əvvəlki tədqiqatın meta-analizinin nəticələri ilə müqayisə ediblər. Qeyd edilir ki, indi ABŞ evlərinin təxminən üçdə birində qaz plitələrinə bu rast gəlinir. Oxşar nəticələrə malik buna bənzər tədqiqat daha əvvəl Avstraliyada da aparılıb.
Bununla belə, qaz sobalarından istifadənin təhlükələri ilə bağlı məsələ əvvəlki tədqiqatlarda dəfələrlə qaldırılmışdı: mütəxəssislər diqqəti azot oksidləri də daxil olmaqla yanma məhsullarının zəif havalandırılan otaqlarda toplaya və tənəffüs yollarına, qan damarlarına zərər verə biləcəyinə yönəldiblər.
Pulmonoloq Coşqun Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əslində bu yeni bir məlumat deyil və onlar da dəfələrlə xəstələrə xəbərdarıq ediblər ki, evlərində qaz sobalarından istifadə etməsinlər:
"Astmanın yaranmasında genetik faktorlarla yanaşı ətraf mühit amillərinin də təsiri var. Ətraf mühit faktorlarına eyni zamanda qaz sobasının yaratdığı havanın kirliliyi də daxildir. Hava kirliliyi təkcə böyüklərdə deyil, uşaqlarda da astmaya səbəb olur".
"Biz çox zaman astma xəstələrindən soruşuruq ki, evdə nə yandırırsız? Deyirlər ki, odun yandırırıq. Odun tüstüsü, "ceyran" sobaları da kirli havanı evin içinə ötürürlər. Bildiyimiz kimi, astma da elə bronxlardakı həssaslığın artması nəticəsində yaranır. Qaz sobaları belə xəstələrin bronxlarında qıcıqlanma yaradır və nəticədə bronxlarda spazm meydana çıxır ki, bu da tənəffüs çatışmazlığına səbəb olur. Bu səbəbdən hər zaman xəstələrə də tövsiyə edirik ki, qoxusuz olan kombi sistemindən yararlansınlar", - deyə həkim əlavə edib.
Mütəxəssis onu da deyib ki, xəstəliyi stimullaşdıran, qıcıqlanndırma yaradan səbəb aradan qaldırılmazsa, sağalma prosesi baş vermir, müalicələr də effektsiz olur.
Onun sözlərinə görə, Bakı ilə müqayisədə ucqar ərazilərdə bu məsələ daha aktualdır:
"Rayon yelərində evləri isitmək asan olmadığı üçün qaz sobalarından çox isitfadə edilir. Bu səbəbdən Bakı ilə müqayisədə rayonlarda risk daha çoxdur".
Pediatr Nigar Mirzəyeva Sputnik Azərbaycan-a açıqlamasında deyibki, astma - hava yollarının zaman-zaman daralması nəticəsində tutmalar şəklində gedən, öskürək, xışıltı və nəfəs darlığı ilə müşahidə olunan, uşaqlıq çağının ən sıx müşahidə olunan xroniki xəstəliklərindən biridir:
"Valideynlerin birində allergik astma varsa, uşağında allergik astma olma ehtimalı 20-30%-dir , hər iki valideyndə bu xəstəlik varsa, ehtimal 80% ə qədər artır".
Astma tutmalarına ən çox səbəb olan faktorlar sırasında yuxarı tənəffüs yolu infeksiyaları ilə yanaşı hava kirliyliyi də var:
"ABŞ-da aparılan araşdırmalar qaz sobalarının da astmaya səbəb olduğu göstərilir. Dünyada araşdırılan məlumata əsasən qaz sobalarından havaya qalxan azot dioksidi, formaldehid kimi kimyəvi maddələr tənəffüs yollarına qıcıqlandırıcı təsir göstərərək, iltihab yaradaraq astmanın ortaya çıxmasına səbəb ola bilər. Lakin qeyd edim ki, hələlik Azərbaycanda qaz sobalarının uşaqlarda astmaya səbəb olması haqqında araşdırma yoxdur".
Həkim deyir ki, dünyada 300 milyon insan bronxial astmadan əziyyət çəkir. Azərbaycanda son olaraq açıqlanan 2021-ci ilin rəqəmlərinə görə, bu xəstəlikdən əziyyət çəkən vətəndaşların sayı 8797-dir.