CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda hava buludlu olacaq, bəzi yerlərdə yağış yağacaq

© Sputnik / Murad OrujovBakıda yağışlı hava, arxiv şəkli
Bakıda yağışlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.01.2023
Abunə olmaq
Atmosfer təzyiqinin normadan yüksək - 771 mm civə sütunu, nisbi rütubətin 70-80 % olacağı bildirilir.
BAKI, 16 yanvar - Sputnik. Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu 5-7° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək - 771 mm civə sütunu, nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın əksər rayonlarında hava, əsasən, yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Rayonlarda havanın temperaturu 4-9° isti, dağlarda 2-7° şaxta olacaq. Dağlıq rayonlarda yollar buz bağlayacaq.
Xəbər lenti
0