https://sputnik.az/20230116/maliyye-nazirliyi-qht-lere-xeberdarliq-edib-450729581.html
Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib
Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib
Sputnik Azərbaycan
Qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları bunlardır: Maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında... 16.01.2023, Sputnik Azərbaycan
2023-01-16T22:31+0400
2023-01-16T22:31+0400
2023-01-16T22:31+0400
cəmiyyət
qht
maliyyə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/40736/31/407363161_0:64:1200:739_1920x0_80_0_0_0fa166a1373188a316a1b5effbed54ea.jpg
BAKI, 16 yanvar - Sputnik. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib.Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları bunlardır: Maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.Eyni zamanda, maliyyə fəaliyyəti olmayan Qeyri-hökumət təşkilatları üçün həmin qərarla “Maliyyə fəaliyyətinin olmaması barədə arayış” forması təsdiq edilib.Göstərilənlər nəzərə alınaraq, WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçib nəzərdə tutulan formalara uyğun olaraq illik maliyyə hesabatları və ya “Maliyyə fəaliyyətinin olmamasına dair arayış”lar Maliyyə Nazirliyinə elektron qaydada təqdim edilməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40736/31/407363161_66:0:1134:801_1920x0_80_0_0_7db5e10bd59fd3d15e32bc69fd5958f7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qht, maliyyə nazirliyi
Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib
Qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları bunlardır: Maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
BAKI, 16 yanvar - Sputnik. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib.
Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatları bunlardır: Maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
Eyni zamanda, maliyyə fəaliyyəti olmayan Qeyri-hökumət təşkilatları üçün həmin qərarla “Maliyyə fəaliyyətinin olmaması barədə arayış” forması təsdiq edilib.
Göstərilənlər nəzərə alınaraq,
WWW.QHT-HESABAT.MALİYYE.GOV.AZ saytı vasitəsilə “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı”nda qeydiyyatdan keçib nəzərdə tutulan formalara uyğun olaraq illik maliyyə hesabatları və ya “Maliyyə fəaliyyətinin olmamasına dair arayış”lar Maliyyə Nazirliyinə elektron qaydada təqdim edilməlidir.