CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncə qapısının saxlanıldığı monastırda yanğın olub

© Photo : AxarGəncə qapısı
Gəncə qapısı - Sputnik Azərbaycan, 1920, 16.01.2023
Abunə olmaq
Gəncə qapısının saxlanıldığı Gelati monastırının rəhbəri, keşiş İoseb Burcanadzenin hücrəsində yanğın olub.
BAKI, 16 yanvar — Sputnik. Gürcüstanda tarixi Gəncə qapısının saxlanıldığı Gelati monastırının rəhbəri, keşiş İoseb Burcanadzenin hücrəsində yanğın olub.
Yanıq xəsarətləri alan din xadimi Kutaisidə xəstəxanaya yerləşdirilib.
Keşişin bədəninin 50 faizinin yandığı və reanimasiyaya yerləşdirildiyi bildirilib.
Yanğının səbəbi hələ ki, qeyri-müəyyəndir.
Qeyd edək ki, Gəncə qapısı monastırın başqa bölməsində saxlanıldığı üçün ziyan dəyməyib.(APA)
Xəbər lenti
0