Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Cavan Zeynallının həyat yoldaşı vəfat edib

© Photo : Press service of Emin AgalarovCavan Zeynallı
Cavan Zeynallı
 - Sputnik Azərbaycan, 1920, 16.01.2023
Abunə olmaq
Əməkdar artist, tanınmış cazmen Cavan Zeynallının həyat yoldaşı Röya Zeynallı vəfat edib. Musiqiçi Röya xanımla 1996-cı ildə ailə həyatı qurmuşdu.
BAKI, 16 yanvar — Sputnik. Əməkdar artist, tanınmış cazmen Cavan Zeynallıya ağır itki üz verib. Onun həyat yoldaşı Röya Zeynallı vəfat edib.
Xatırladaq ki, 2022-ci ilin sonlarında R.Zeynallı vəziyyəti pisləşdiyindən xəstəxanaya yerləşdirilmişdi.
Allah rəhmət eləsin!
Cavan Zeynallı kimdir?
Cavan Zeynallı 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləyib. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında solist-vokalçı kimi fəaliyyət göstərib. 1979-2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olub. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olub, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil edib. Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar kütləsi qazanıb.
Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olub. Bakı Caz Mərkəzində üç solo konserti ilə çıxış edib.
Cavan Zeynallı 2 dəfə ailə həyatı qurub. İlk dəfə Moskvada evlənən sənətkarın 1981-ci il təvəllüdlü Nataşa adlı bir qızı var. Musiqiçi ikinci dəfə 1996-cı ildə Röya xanımla ailə həyatı qurub.
Xəbər lenti
0