DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Berlində keçirilən mitinqdə almanlar Rusiyaya dəstək veriblər

© AFP 2023 / TOBIAS SCHWARZBerlinə mənzərə
Berlinə mənzərə - Sputnik Azərbaycan, 1920, 16.01.2023
Abunə olmaq
"Welt" nəşri Berlində Qərbin anti-Rusiya siyasətinə qarşı kütləvi aksiya keçirildiyi barədə yazıb.
BAKI, 16 yanvar — Sputnik. Berlində Qərbin anti-Rusiya siyasətinə qarşı kütləvi aksiya keçirilib.
Bu barədə "Welt" nəşri yazıb.
Almaniyada bir neçə min insan küçələrə çıxıb. Onlar sosialist hərəkatının liderləri Roza Lüksemburqa və Karl Libknextə həsr olunmuş ənənəvi xatirə yürüşünə toplaşıblar. Yürüş zamanı Rusiyaya dəstək şüarları da səslənib.
Almanlar "Donbas üçün: Qərbi əzin" şüarı səsləndiriblər.
Bundan əvvəl alman qəzetinin oxucularının Almaniya kansleri Olaf Şoltsun yeni il müraciətinə görə onu tənqid etdikləri xəbər verilmişdi. Müraciətində siyasətçi nəticələrə baxmayaraq, Ukraynanı dəstəkləyəcəyini vəd etmişdi.
Xəbər lenti
0