DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Akar: "Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyir, lakin..."

© Turkish Defense Ministry via AP, Pool Türkiyənin milli müdafiə naziri Hulusi Akar
 Türkiyənin milli müdafiə naziri Hulusi Akar - Sputnik Azərbaycan, 1920, 16.01.2023
Abunə olmaq
Akar "Financial Times" qəzetinə müsahibəsində deyib ki, NATO-nun açıq qapı siyasətini tam dəstəkləyirlər.
BAKI, 16 yanvar — Sputnik. Ankara NATO-nun "açıq qapı" siyasətini dəstəkləyir və İsveç və Finlandiyadan problemlərin həllini gözləyir. Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
2022-ci il mayın 18-də Finlandiya və İsveç Ukrayna hadisələri fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin alyansa üzvlüyünə "hə" deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının nümayəndələri ilə münasibətlərə dair verdiyi təminatlara inana bilmir.
Daha sonra Türkiyə tərəfi ilə aparılan danışıqların yekunlarına əsasən, İsveç və Finlandiya nümayəndələri terrorizmlə mübarizədə ölkələrinin Ankara ilə əməkdaşlıq edəcəklərini bəyan edərək, Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstək verməyəcəyinə söz veriblər. Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasına etirazını geri götürüb, lakin daha sonra Ərdoğan öz öhdəliklərini yerinə yetirmədikləri təqdirdə Türkiyənin İsveç və Finlandiyanın NATO müraciətlərinin təsdiqini parlamentdə nəzərdən keçiriləcəyini söyləyib. Bu günə qədər 30 ölkədən yalnız ikisi - Macarıstan və Türkiyə İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulmaq üçün ərizələrini ratifikasiya etməyib.
Akar "Financial Times" qəzetinə müsahibəsində deyib ki, NATO-nun açıq qapı siyasətini tam dəstəkləyirlər. "Namizədlərin təşkilata üzv olmaq istəyinə hörmət etdiyimiz kimi, onlar da bizim təhlükəsizliklə bağlı narahatlıqlarımıza hörmət etməlidir", - Türkiyə milli müdafiə naziri qeyd edib.
Onun sözlərinə görə, Ankara İsveç və Finlandiyanın üzvlüklə bağlı problemlərinin həllini gözləyir.
"Biz bu problemin həll olunmasını istəyirik, lakin əlimizdən heç nə gəlmir. Biz İsveç və Finlandiyanın işlərini tamamlayıb bu problemi həll etmələrini gözləyirik", - türkiyəli nazir bildirib.
Bundan əvvəl Stokholmda PKK tərəfdarlarının aksiyası keçirilib və orada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına bir sıra təhqiramiz ifadələr səsləndirilib. RİA Novosti-nin mənbəsi İsveçin Ankaradakı səfirinin Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldığını, ona aksiya ilə bağlı etiraz edildiyini bildirib. Türkiyə parlamentinin sədri Mustafa Şentop da öz növbəsində isveçli həmkarının Ankaraya əvvəlcədən planlaşdırılan səfərini ləğv edib. Türkiyə prezidentinin vəkili aksiya ilə bağlı Ankara Baş Prokurorluğuna ərizə ilə müraciət edib və cinayət işi başlanıb. İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, PKK-nın fəaliyyəti Ankaranın İsveçin NATO-ya daxil olması üçün müraciətinin ratifikasiyası prosesini çətinləşdirə bilər.
Xəbər lenti
0