https://sputnik.az/20230116/abs-kimi-bir-muttefiq-balans-saxlamalidir---cavusoglu-450718883.html
ABŞ kimi bir müttəfiq balans saxlamalıdır - Çavuşoğlu
ABŞ kimi bir müttəfiq balans saxlamalıdır - Çavuşoğlu
Sputnik Azərbaycan
Türkiyə XİN rəhbəri bildirib ki, ABŞ Afina ilə Ankara arasında Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı "tarazlıq" kursundan əl çəkib. 16.01.2023, Sputnik Azərbaycan
2023-01-16T21:20+0400
2023-01-16T21:20+0400
2023-01-16T21:20+0400
mövlud çavuşoğlu
dünya xəbərləri
nato
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449685214_0:160:3072:1888_1920x0_80_0_0_1c9f1d921f1350936e3ce014d3cb5b46.jpg
BAKI, 16 yanvar — Sputnik. ABŞ Türkiyə və Yunanıstanla münasibətlərdə balansı saxlamalıdır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. ABŞ silahlarının, o cümlədən F-35 təyyarələrinin Yunanıstana tədarükü ilə bağlı yayılan xəbərləri şərh edən türk diplomatiyasının rəhbəri qeyd edib ki, son illərdə ABŞ Afina ilə Ankara arasında Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı "tarazlıq" kursundan əl çəkib", - Çavuşoğlu bazar ertəsi Ankarada bosniyalı həmkarı Bissera Turkoviç ilə danışıqların yekunu üzrə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Vaşinqtonun Yunan Kiprinə silah embarqosundan imtina etməsi də adadakı vəziyyətə ziyan vurur. "ABŞ kimi bir müttəfiq balans saxlamalıdır", - deyə türkiyəli nazir vurğulayıb. Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, ölkəsinin Yunanıstana zərbə endirmək planı yoxdur və yalnız hücuma məruz qalacağı təqdirdə cavab verəcək. Onun sözlərinə görə, Türkiyənin NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir: "Biz 561 km mənzilli "Tayfun" ballistik raketini buraxdıq. Yunanıstanda bu, çaxnaşmaya səbəb oldu, yerli qəzetlər yazmağa başladılar ki, onlar (türklər - red.) bizi vuracaqlar. Əsas odur ki, Egeydə bizimlə işiniz olmasın. Siz bunu etməyin və bizim sizinlə işimiz olmayacaq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/10/449685214_171:0:2902:2048_1920x0_80_0_0_feb3fefc901c64a7f329eb09417474ad.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mövlud çavuşoğlu, nato, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
mövlud çavuşoğlu, nato, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
ABŞ kimi bir müttəfiq balans saxlamalıdır - Çavuşoğlu
Türkiyə XİN rəhbəri bildirib ki, ABŞ Afina ilə Ankara arasında Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı "tarazlıq" kursundan əl çəkib.
BAKI, 16 yanvar — Sputnik. ABŞ Türkiyə və Yunanıstanla münasibətlərdə balansı saxlamalıdır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
ABŞ silahlarının, o cümlədən F-35 təyyarələrinin Yunanıstana tədarükü ilə bağlı yayılan xəbərləri şərh edən türk diplomatiyasının rəhbəri qeyd edib ki, son illərdə ABŞ Afina ilə Ankara arasında Şərqi Aralıq dənizindəki vəziyyətlə bağlı "tarazlıq" kursundan əl çəkib", - Çavuşoğlu bazar ertəsi Ankarada bosniyalı həmkarı Bissera Turkoviç ilə danışıqların yekunu üzrə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Vaşinqtonun Yunan Kiprinə silah embarqosundan imtina etməsi də adadakı vəziyyətə ziyan vurur.
"ABŞ kimi bir müttəfiq balans saxlamalıdır", - deyə türkiyəli nazir vurğulayıb.
Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, ölkəsinin Yunanıstana zərbə endirmək planı yoxdur və yalnız hücuma məruz qalacağı təqdirdə cavab verəcək.
Onun sözlərinə görə, Türkiyənin NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir:
"Biz 561 km mənzilli "Tayfun" ballistik raketini buraxdıq. Yunanıstanda bu, çaxnaşmaya səbəb oldu, yerli qəzetlər yazmağa başladılar ki, onlar (türklər - red.) bizi vuracaqlar. Əsas odur ki, Egeydə bizimlə işiniz olmasın. Siz bunu etməyin və bizim sizinlə işimiz olmayacaq".