Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Vaxtanq Kikabidze vəfat edib

© Sputnik / Екатерина ЧесноковаVaxtanq Kikabidze
Vaxtanq Kikabidze - Sputnik Azərbaycan, 1920, 15.01.2023
Abunə olmaq
1938-ci ildə Tbilisidə anadan olan Kikabidze ötən il 84 yaşını Batumidə solo konserti ilə qeyd edib.
BAKI, 15 yanvar - Sputnik. Gürcü kinoaktyoru, estrada müğənnisi, ssenarist, kinorejissor, bəstəkar Vaxtanq Kikabidze 84 yaşında vəfat edib. Bu barədə Gürcüstanın Rustavi 2 telekanalı xəbər yayıb.
Bundan əlavə, məlumatı sosial şəbəkələrdə müxalif “Vahid Milli Hərəkat” partiyasının üzvləri təsdiqləyib. Seçkilərdə partiya siyahısına Kikabidze başçılıq edib.
Sputnik Gürcüstan xəbər verir ki, Kikabidze ötən il 84 yaşını Batumidə solo konserti ilə qeyd edib.
Aktyor, ssenarist və rejissor Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci il iyulun 19-da Tbilisidə anadan olub.
Orta məktəbdə musiqi ilə məşğul olmağa başladı, tələbə orkestrinin məşqlərində iştirak etməyə başlayıb, zərb alətlərində ifa edib, mahnı oxuyub.
1959-cu ildə Kikabidze Tbilisi Filarmoniyasının artisti olub. Səhnədəki karyerasının başlanğıcı 1960-1970-ci illərdə çıxış etdiyi DieloOrera caz ansamblları ilə bağlıdır.
1966-cı ildə Kikabidzenin gəldiyi "Orera"da o, zərb qlətləri çalıb çalıb, həm də solist olub, gürcü, rus, italyan və ingilis dillərində mahnılar ifa edib.
Xəbər lenti
0