https://sputnik.az/20230115/ukrayna-limanlarindan-173-milyon-ton-kend-teserrufati-mehsulu-ixrac-edilib---turkiye-mn-450699815.html
Ukrayna limanlarından 17,3 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib - Türkiyə MN
Ukrayna limanlarından 17,3 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib - Türkiyə MN
Sputnik Azərbaycan
Taxıl sazişinin müddəti ötən ilin noyabrın 18-də başa çatıb, lakin tərəflərin etirazı olmadığı üçün avtomatik olaraq 120 gün müddətinə uzadılması nəzərdə... 15.01.2023, Sputnik Azərbaycan
2023-01-15T20:51+0400
2023-01-15T20:51+0400
2023-01-15T21:35+0400
ukrayna
liman
kənd təsərrüfatı
dünya xəbərləri
taxıl
saziş
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0b/444908689_0:172:3253:2002_1920x0_80_0_0_a930be4a7145462777430cd1688ba787.jpg
BAKI, 15 yanvar - Sputnik. "Taxıl müqaviləsi" çərçivəsində Ukrayna limanlarından ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi 17 milyon 254 min tonu ötüb. Bu barədə Anadolu agentliyi Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.Məlumata görə, taxıl dəhlizinin fəaliyyətə başladığı 2022-ci il avqustun 1-dən Ukraynanın üç limanını ümumilikdə 643 quru yük gəmisi tərk edib.2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan "taxıl müqaviləsi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.Müqavilənin müddəti ötən ilin noyabrın 18-də başa çatıb, lakin tərəflərin etirazı olmadığı üçün avtomatik olaraq 120 gün müddətinə uzadılması nəzərdə tutulub.Bu sazişin özü paket sövdələşmənin ayrılmaz hissəsidir. Sənədlər digər şeylərlə yanaşı, Rusiyanın ərzaq və gübrə ixracının qarşısının alınmasını nəzərdə tutur. Rəsmi Moskva qeyd edib ki, məhz bu müddəa yerinə yetirilməyib. Eyni zamanda, BMT-dən məhdudiyyətlərin aradan qaldırılacağına dair təminatlar var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0b/444908689_243:0:2974:2048_1920x0_80_0_0_36d2662cedf6dce652390a36f0a8b1ee.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, liman, kənd təsərrüfatı, taxıl, saziş
ukrayna, liman, kənd təsərrüfatı, taxıl, saziş
Ukrayna limanlarından 17,3 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib - Türkiyə MN
20:51 15.01.2023 (Yenilənib: 21:35 15.01.2023) Taxıl sazişinin müddəti ötən ilin noyabrın 18-də başa çatıb, lakin tərəflərin etirazı olmadığı üçün avtomatik olaraq 120 gün müddətinə uzadılması nəzərdə tutulub.
BAKI, 15 yanvar - Sputnik. "Taxıl müqaviləsi" çərçivəsində Ukrayna limanlarından ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi 17 milyon 254 min tonu ötüb. Bu barədə Anadolu agentliyi Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.
Məlumata görə, taxıl dəhlizinin fəaliyyətə başladığı 2022-ci il avqustun 1-dən Ukraynanın üç limanını ümumilikdə 643 quru yük gəmisi tərk edib.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan "taxıl müqaviləsi" Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.
Müqavilənin müddəti ötən ilin noyabrın 18-də başa çatıb, lakin tərəflərin etirazı olmadığı üçün avtomatik olaraq 120 gün müddətinə uzadılması nəzərdə tutulub.
Bu sazişin özü paket sövdələşmənin ayrılmaz hissəsidir. Sənədlər digər şeylərlə yanaşı, Rusiyanın ərzaq və gübrə ixracının qarşısının alınmasını nəzərdə tutur. Rəsmi Moskva qeyd edib ki, məhz bu müddəa yerinə yetirilməyib. Eyni zamanda, BMT-dən məhdudiyyətlərin aradan qaldırılacağına dair təminatlar var.