DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rişi Sunak bu qərara görə sərt tənqid olundu

© AP Photo / Oli ScarffRişi Sunak
Rişi Sunak - Sputnik Azərbaycan, 1920, 15.01.2023
Abunə olmaq
İrs Partiyasının liderinin fikrincə, Britaniya hökuməti nasistlərin zəbt etdiyi korrupsioner Zelenski rejimini dəstəkləməklə münaqişəni uzatmağa yox, münaqişənin gərginliyini azaltmağa çalışmalıdır.
BAKI, 15 yanvar — Sputnik. Böyük Britaniyanın baş naziri Rişi Sunak Ukraynaya “Challenger 2” tankları göndərmək qərarı ilə səhv edib. Bu barədə Britaniyalı siyasətçi, İrs Partiyasının lideri Devid Karten "Twitter" səhifəsində yazıb.

“Britaniya hökuməti nasistlərin zəbt etdiyi korrupsioner Zelenski rejimini dəstəkləməklə münaqişəni uzatmağa yox, münaqişənin gərginliyini azaltmağa çalışmalıdır” - o qeyd edib.

Bundan əvvəl xəbər verilmişdi ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak yaz hücumundan əvvəl Ukraynaya “Challenger 2” tanklarından ibarət eskadrilya köçürmək qərarına gəlib.
Britaniya qəzeti dörd “Challenger 2” tankının Şərqi Avropaya dərhal çatdırılacağını, daha sonra Ukraynaya daha səkkiz tankın verilməsinin planlaşdırıldığını yazıb.
Xəbər lenti
0