https://sputnik.az/20230115/nato-dan-putine-hediyye-450685376.html
NATO-dan Putinə “hədiyyə”
NATO-dan Putinə “hədiyyə”
Sputnik Azərbaycan
Nəçr hesab edir ki, Rusiya lideri İsveç və Finlandiyanın NATO-ya daxil olmasına icazə verilməsi ilə bağlı mübahisədə yeganə qalibdir. 15.01.2023, Sputnik Azərbaycan
2023-01-15T18:34+0400
2023-01-15T18:34+0400
2023-01-15T18:46+0400
nato
dünya xəbərləri
vaşinqton
qəzet
putin
qərb
https://cdnn1.img.sputnik.az/img/42217/72/422177265_0:398:2933:2047_1920x0_80_0_0_ecedcc67e572b8578c15eabdd19096a7.jpg
BAKI, 15 yanvar — Sputnik. NATO-da daxili qarşıdurma Rusiya prezidenti Vladimir Putinə hədiyyə olub. Bunu ABŞ-ın "The Washington Post" qəzeti yazıb. Məqalədə qeyd olunur ki, İsveç və Finlandiyanın alyansa qoşulması üçün Ankara ilə NATO arasında qarşıdurmanın həlli ardıcıl diplomatiya və ola bilsin ki, Vaşinqtonun edə biləcəyi real güzəştlər tələb edəcək. "Prezident Bayden və Konqres bu işdə əsas rol oynaya bilər. Onlar bunu etməlidirlər, çünki Türkiyə NATO-ya nə problem yaratsa da, o, alyansın güclü və əvəzolunmaz üzvüdür və NATO üzvlüyünün genişləndirilməsinin və ya bunu etməməyin nəticələri olacaq”, - nəşr yazır. Bundan əlavə, Qərbi İrandan qorumaq üçün NATO-nun Türkiyəyə ehtiyacı var. Ankara ilə əməkdaşlıq alyansa Qara dənizin böyük hissəsini bağlamaq imkanı verəcək. Bundan əvvəl Stokholmda Kürdüstan Fəhlə Partiyası tərəfdarlarının mitinqi keçirilib və orada Türkiyənin hazırkı prezidenti Tayyib Ərdoğan sərt tənqid olunub. RİA Novosti-nin mənbəsi İsveçin Ankaradakı səfirinin Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldığını, ona etiraz edildiyini bildirib. Türkiyə parlamentinin sədri Mustafa Şentop da öz növbəsində isveçli həmkarının ölkəyə əvvəlcədən planlaşdırılan səfərini ləğv edib. 2022-ci il mayın 18-də Finlandiya və İsveç Ukrayna hadisələri fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim ediblər. Bu günə qədər onları 30 ölkədən yalnız ikisi - Macarıstan və Türkiyə ratifikasiya etməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42217/72/422177265_0:0:2729:2047_1920x0_80_0_0_3347e73238b24442ef545e09d6d4e88d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nato, vaşinqton, qəzet, putin, qərb
nato, vaşinqton, qəzet, putin, qərb
NATO-dan Putinə “hədiyyə”
18:34 15.01.2023 (Yenilənib: 18:46 15.01.2023) Nəçr hesab edir ki, Rusiya lideri İsveç və Finlandiyanın NATO-ya daxil olmasına icazə verilməsi ilə bağlı mübahisədə yeganə qalibdir.
BAKI, 15 yanvar — Sputnik. NATO-da daxili qarşıdurma Rusiya prezidenti Vladimir Putinə hədiyyə olub. Bunu ABŞ-ın "The Washington Post" qəzeti yazıb.
"Cənab Putin İsveç və Finlandiyanın NATO-ya daxil olmasına icazə verilməsi ilə bağlı mübahisədə yeganə qalibdir. Türkiyə və tərəfdaşları nə qədər tez razılığa gəlsələr, alyans üçün bir o qədər yaxşıdır", - nəşr yazır.
Məqalədə qeyd olunur ki, İsveç və Finlandiyanın alyansa qoşulması üçün Ankara ilə NATO arasında qarşıdurmanın həlli ardıcıl diplomatiya və ola bilsin ki, Vaşinqtonun edə biləcəyi real güzəştlər tələb edəcək.
"Prezident Bayden və Konqres bu işdə əsas rol oynaya bilər. Onlar bunu etməlidirlər, çünki Türkiyə NATO-ya nə problem yaratsa da, o, alyansın güclü və əvəzolunmaz üzvüdür və NATO üzvlüyünün genişləndirilməsinin və ya bunu etməməyin nəticələri olacaq”, - nəşr yazır.
Bundan əlavə, Qərbi İrandan qorumaq üçün NATO-nun Türkiyəyə ehtiyacı var. Ankara ilə əməkdaşlıq alyansa Qara dənizin böyük hissəsini bağlamaq imkanı verəcək.
Bundan əvvəl Stokholmda Kürdüstan Fəhlə Partiyası tərəfdarlarının mitinqi keçirilib və orada Türkiyənin hazırkı prezidenti Tayyib Ərdoğan sərt tənqid olunub. RİA Novosti-nin mənbəsi İsveçin Ankaradakı səfirinin Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldığını, ona etiraz edildiyini bildirib. Türkiyə parlamentinin sədri Mustafa Şentop da öz növbəsində isveçli həmkarının ölkəyə əvvəlcədən planlaşdırılan səfərini ləğv edib.
2022-ci il mayın 18-də Finlandiya və İsveç Ukrayna hadisələri fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim ediblər. Bu günə qədər onları 30 ölkədən yalnız ikisi - Macarıstan və Türkiyə ratifikasiya etməyib.