https://sputnik.az/20230115/almaniyada-itleri-covid-19-xestelerini-mueyyen-etmeyi-oyredibler-450669973.html
Almaniyada itlərə COVID-19 xəstələrini müəyyən etməyi öyrədiblər
Almaniyada itlərə COVID-19 xəstələrini müəyyən etməyi öyrədiblər
Sputnik Azərbaycan
İtlər hətta PZR testi mənfi olan insanlara da düzgün "diaqnoz qoyub". Belə ki, itlərin “səhvən” göstərdiyi şəxslərdə ikinci yoxlama zamanı müsbət nəticə... 15.01.2023, Sputnik Azərbaycan
2023-01-15T09:57+0400
2023-01-15T09:57+0400
2023-01-15T09:59+0400
dünya xəbərləri
it
covid-19
xəstə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442092647_0:0:1920:1080_1920x0_80_0_0_248418aec80c5a38aeb254c2c4c75b36.jpg
BAKI, 15 yanvar - Sputnik. Almaniyadan olan tədqiqatçılar müxtəlif cinslərdən olan dördayaqlı heyvanların qabiliyyətlərini sınaqdan keçiriblər. Belə ki, onlara koronavirusa yoluxmuş insanları qoxuya görə müəyyən etmək öyrədilib. Bu barədə "Rossiyskaya qazeta" xəbər verir.Təcrübə bu qaydada keçirilib: səkkiz öyrədilmiş it xüsusi olaraq dörd konsertə gətirilib. Bütün potensial tamaşaçılara əvvəlcədən PZR və antikor testləri verilib. Onların onlar həmçinin yaşları, peyvəndləri, xroniki xəstəlikləri və davamlı dərman qəbul edib-etmədikləri barədə məlumat toplanılıb. Tanaşaçılardan həmçinin itlərin iyləməsəi üçün tər nümunələri götürülüb.İnsanların 87% -nin xroniki xəstəlikləri olub, onlar müntəzəm olaraq dərman qəbul edənlərdir.Lakin bu amil itlərdən heç birini çaşdırmayıb. İtlərin orta iyləmə müddəti cəmi iki saniyə olub. Şərtlərə görə, itlərdən ikisi eyni adama işarə eetdiyi təqdirdə, həmin şəxs konsertə buraxılmayacaqdı. Maraqlıdır ki, itlər PZR testi mənfi olan insanlara da düzgün "diaqnoz qoyub".Belə ki, bir-iki gündən sonra itlərin “səhvən” göstərdiyi şəxslərdə ikinci yoxlama zamanı müsbət nəticə müəyyən olunub.Bu o deməkdir ki, itlər xəstə insan tərəfindən buraxılan uçucu üzvi birləşmələrdəki dəyişiklikləri hətta adi tədqiqat üsulları ilə aşkar edilməmişdən əvvəl hiss edirlər.Aydındır ki, belə bir "diaqnoz" adi tibbi üsullarla təsdiqlənməlidir. Ancaq itlər "şübhəli" insanları kütlədən - məsələn, hava limanlarında, qatar stansiyalarında, ictimai tədbirlərdə ayırmağa kömək edə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/14/442092647_163:0:1870:1280_1920x0_80_0_0_ccab9d7f722016d511c16e2d535c650a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
it, covid-19, xəstə
Almaniyada itlərə COVID-19 xəstələrini müəyyən etməyi öyrədiblər
09:57 15.01.2023 (Yenilənib: 09:59 15.01.2023) İtlər hətta PZR testi mənfi olan insanlara da düzgün "diaqnoz qoyub". Belə ki, itlərin “səhvən” göstərdiyi şəxslərdə ikinci yoxlama zamanı müsbət nəticə müəyyən olunub.
BAKI, 15 yanvar - Sputnik. Almaniyadan olan tədqiqatçılar müxtəlif cinslərdən olan dördayaqlı heyvanların qabiliyyətlərini sınaqdan keçiriblər. Belə ki, onlara koronavirusa yoluxmuş insanları qoxuya görə müəyyən etmək öyrədilib. Bu barədə "Rossiyskaya qazeta" xəbər verir.
Təcrübə bu qaydada keçirilib: səkkiz öyrədilmiş it xüsusi olaraq dörd konsertə gətirilib. Bütün potensial tamaşaçılara əvvəlcədən PZR və antikor testləri verilib. Onların onlar həmçinin yaşları, peyvəndləri, xroniki xəstəlikləri və davamlı dərman qəbul edib-etmədikləri barədə məlumat toplanılıb. Tanaşaçılardan həmçinin itlərin iyləməsəi üçün tər nümunələri götürülüb.
İnsanların 87% -nin xroniki xəstəlikləri olub, onlar müntəzəm olaraq dərman qəbul edənlərdir.Lakin bu amil itlərdən heç birini çaşdırmayıb. İtlərin orta iyləmə müddəti cəmi iki saniyə olub. Şərtlərə görə, itlərdən ikisi eyni adama işarə eetdiyi təqdirdə, həmin şəxs konsertə buraxılmayacaqdı.
Maraqlıdır ki, itlər PZR testi mənfi olan insanlara da düzgün "diaqnoz qoyub".
Belə ki, bir-iki gündən sonra itlərin “səhvən” göstərdiyi şəxslərdə ikinci yoxlama zamanı müsbət nəticə müəyyən olunub.
Bu o deməkdir ki, itlər xəstə insan tərəfindən buraxılan uçucu üzvi birləşmələrdəki dəyişiklikləri hətta adi tədqiqat üsulları ilə aşkar edilməmişdən əvvəl hiss edirlər.
Aydındır ki, belə bir "diaqnoz" adi tibbi üsullarla təsdiqlənməlidir. Ancaq itlər "şübhəli" insanları kütlədən - məsələn, hava limanlarında, qatar stansiyalarında, ictimai tədbirlərdə ayırmağa kömək edə bilər.