https://sputnik.az/20230114/sehneni-nakam-terk-eden-senet-adamlari-450283783.html
Səhnəni nakam tərk edən sənət adamları
Səhnəni nakam tərk edən sənət adamları
Sputnik Azərbaycan
Elə sənətkarlar var ki, vaxtından əvvəl səhnə, sənət həyatını tərk etsə də, yaratdıqları nəinki bir ömür boyu ona bəs edir, hətta dünyasını dəyişdikdən sonra... 14.01.2023, Sputnik Azərbaycan
2023-01-14T10:01+0400
2023-01-14T10:01+0400
2023-01-14T10:01+0400
müğənni
mədəniyyət
sənətkar
səhnə
tərk etmək
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42251/02/422510229_0:76:2462:1461_1920x0_80_0_0_7a215624c34faf31e9a2658a7e469f28.jpg
BAKI, 9 yanvar — Sputnik. Səhnə, teatr, kino ətrafından və yaxınlarından savayı heç kimin tanımadığı bir insanı bir anın içindəcə tanıda, minlərin, on minlərin, yüz minlərin, hətta milyonların sevimlisinə, ulduzuna çevirir. Amma bəzən bu şöhrət, bu ulduzluq, bu parıltı uzun çəkmir. Onlar bəzi səbəblərdən sevib-seçdikləri sənətdən uzaqlaşır, əvvəl qaldığı yerdən yoluna davam etməyə qərar verirlər. Sputnik Azərbaycan sənəti vaxtından əvvəl tərk edən və ya tərk etmək məcburiyyətində qalan sənətkarları təqdim edir. Məlahətli səsi ilə milyonlarla insanın qəlbinə yol açan Akif İslamzadə səhnəni ən məşhur olduğu dövrdə tərk edib. Səbəb isə 1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şişin əmələ gəlməsi olub. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb. Akademik Milli Dram Teatrında və milli kinomuzda onlarla obrazlar canlandıran Səfurə İbrahimova 2005-ci ilə qədər teatrda işləyib. Teatrdan uzaqlaşdıqdan sonra özünü cəmiyyətdən təcdir edir. Xalq artisti Tariyel Qasımov tələbə yoldaşı haqqında verdiyi açıqlamada bildirmişdi ki, Səfurə İbrahimovaya qarşı çox böyük haqsızlıq edilib:"Tamaşaçı Səfurə xanımı itirib. Amma çox təəssüflər, Səfurə xanım fikirləşməyib ki, tamaşaçılar onu çox sevirlər. İndi bir haqsızlıq oldu, o gördü ki, haqsızlığa qarşı heç bir tədbir görülməyib və tamam küsdü, qapandı. Səfurə heç bizi də qəbul etməyib. Mən də arada çox istəmişəm ki, bir əlaqə saxlayım, qəti qəbul etməyib".Qeyd edək ki, məşhur aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib. Azərbaycan səhnəsinin, Azərbaycan kinosu və teatrının parlaq ulduzlarından biri olan Xalq artisti Şəfiqə Məmmədova da kinonu və teatrı erkən tərk edən sənətçilərdəndir. Təəssüf ki, Şəfiqə xanım sənətinin, yaradıcılığının ən gözəl çağında, çox erkən yaşlarında (hansı ki, heç qırx yaşı tamam olmamışıdı) səhnə həyatı ilə birdəfəlik vidalaşmaq qərarı verib. SSRİ Xalq artisti Mehdi Məmmədovdan ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı quran sənətkar şəxsi həyatı ilə bağlı sənhəndən, kino və teatrdan uzaqlaşıb.Azərbaycanın tanınmış və sevilən bəstəkarlarından olan Səid Rüstəmovun ailəsində dünyaya gələn Tamilla Rüstəmova ixtisasca musiqiçi (piano müəllimi) olsa da, çox erkən yaşlarından səhnədə, kinoda rol alıb, həm zahiri gözəlliyi, həm də yaratdığı azsaylı obrazları ilə yaddaşlarda qalıb. Hamımızın "Böyük dayaq" filmindən tandığmız Maya bacı, "Ulduz" komediyasından tanıdığmız Ulduz və "Axırıncı aşırım" filmindən tanıdığımız Növrəstə obrazının mahir ifaçısı yaşının, yaradıcılığın ən gözəl vaxtlarında sənət, kino həyatından uzaqlaşır. Buna səbəb onun Qnesinalar adına Musiqi İnstitutunun fortepiano ixtisası üzrə təhsil alarkən həmin institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək, Riqaya köçüb yaşması olur. Uzun illərdən sonra Bakıya köçən aktrisa bir müddət "Bülbül" adına məşhur məktəbdə piano dərsi də deyir. Amma bu dəfə sakit həyat tərzinə, hər kəsin gözündən uzaq qalmağa üstünlük verir, cəmi bir hal istisna olmaqla, mediaya, efirə çıxmır və yenidən ailəsi ilə birlikdə Rusiyaya köçür. Kinomuzda və teatrımızda neçə-neçə, bir-birindən gözəl obrazların mahir ifaçısı Zərnigar Ağakişiyeva da uzun illər sənətdən ayrı qalıb. Sənətdən uğur qazanan Zərnigar xanımın şəxsi həyatı, taleyi uğurlu alınmır. Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü cəmi 11 il olur. Həyat yoldaşının peşəsi də mədəniyyət sahəsinə aid deyilmiş, həmçinin, 11 illik evlilikdən övladları da olmayıbmış və bu, onların ayrılması ilə nəticələnibmiş. Tək, bir növ guşənişin həyat keçirən aktrisa bir müddət səhnədən inciyib, ayrılmalı olur. Buna səbəb isə ona 1989-1992-ci illərdə səhnədə cəmi iki rol verilməsi olur. Ancaq bir də yeddi ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıdır. Kinoda yaratdığı son obrazı isə "Yuxu" filmindəki Xurşud obrazıdır. Çox kədərli bir taleyi olan aktrisa 2018-ci ilin fevral ayının 8-də ürək çatışmazlığından vəfat edib. Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olur. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açır və tanınmış aktrisanın cəsədini aşkar edirlər. Kinoya ilk gəlişi "Dərviş Parisi partladır" filmindəki Şərəfnisə obrazı ilə tez bir zamanda tanınan Mömünat Qurbanovanın da ulduzu erkən sönən sənətkarlarımızdandır. Bu rol onu təkcə tamaşaçılara sevdirməklə, tanıtmaqla yekunlaşmır, həm də gələcək ailə həyatının qurulmasında önəmli rol oynayır. Belə ki, burada o, gələcək həyat yoldaşı, Şahbaz obrazının yaradıcısı, tanınmış aktyor Ənvər Həsənovla tanış olur və bu tanışlıq sonda onların evlənməsi ilə nəticələnir. Ümumiyyətlə, aktrisa cəmi üç filmdə rol alır və hər üç filmdə həyat yoldaşı da iştirak edir. Onlar "Atları yəhərləyin" (Qanlı zəmi) və "Sonuncu döyüş" filmlərində çəkilirlər. Ancaq sonradan həyat yoldaşının təkidi ilə gənc və perspektivli aktrisa sənhə, kino həyatından uzaqlaşır. Ənvər Həsənov bizə verdiyi müsahibəsində onu kinodan uzaqlaşdırdığına görə peşman olduğunu dilə gətirmişdi. Aktrisa 2008-ci ilin dekabrın 8-də 50-ci doğum gününü qeyd etmək üçün ailəsi ilə birgə Nabrana gedir, lakin onlar Nabrandan geri qayıdarkən qəzaya uğrayır və nəticədə Mömünat xanım bu qəzada dünyasını dəyişir. Eyni taleyi yaşıyanlar sırasında ötən il dünyasını dəyişən aktrisa və müğənni Firəngiz Rəhimbəyova da yer alıb. Ötən əsrin 80-ci illərində Azərbaycan müasir estradasının yaradıcılarından sayılan müğənni yaşadığı Los-Ancelesdə dünyasını dəyişib.Bəstəkar Eldar Mansurov Firəngiz xanımın ölkədən getməsi haqqında Sputnik Azərbaycan-a açıqlamasında təəssüf hissi ilə qeyd etmişdi ki, mərhum sənətçi layiq olduğu dəyəri ala bilmədi:"Onu Amerikaya mən yola saldım. 1993-cü ildə getdi, həmin gün xeyli söhbət elədik. O artıq qərarını vermişdi, mən onu qərarından döndərə bilməzdim. Ondan qat-qat zəif olan insanlar "Xalq artisti", "Əməkdar artist" adını aldı. Halbuki Firəngizin oxuduğunun yarısını oxuya bilməyib. Nə olsun Amerikaya getmişdi, onlarla mahnısı var idi, filmlərdə rol almışdı. 90-cı illərdə ölkədə vəziyyət çox pis idi. Sənət adamları tamamilə unudulmuşdu. Həmin illərdə əksəriyyəti ölkədən getdi, çünki başqa çarələri yox idi". Səhnədən nakam gedənlərdən biri Cəfər Behbudovdur. Müğənni məşhurluğunun ən yuxarı pilləsində olarkən gənc yaşlarında ölkəni birdəfəlik tərk edərək taleyini Ukrayna ilə bağlayır. Onun Bakıdan getməsinə isə bəzi adamlar səbəb olur. Müğənni müsahibələrinin birində bu haqda deyir: "Nə deyim, necə danışım... İndi mənə qalan ancaq şəkillərdir. Baxıram və təəssüflənirəm ki, hər şey keçmişdə qaldı. Əslində mən Bakıdan yox, bəzi-bəzi adamlardan küsüb getmişəm. Çoxları elə bilir fəxr ad vermədilər, ona görə çıxıb getdim, amma elə deyil. Əslində, o vaxt mənə fəxri ad vermək istəyirdilər. Adım siyahıda var idi. Sonra Mübariz Tağıyevin adını ora saldılar. Bakıda yaşayanda Azərbaycan Televiziyasının solisti idim. Bir dəfə işə gələndə adımı ixtisara düşənlərin siyahısında gördüm. Getdim kadrlar idarəsinə, dedilər, təzə sədr gəlib, onunla danış. Təzə sədri də tanımırdım, gedib nə danışacaqdım? Adımı da işdən çıxarılanların siyahısına salmışdılar, sağ olsunlar, çox sağ olsunlar, vəssalam. Polad Bülbüloğlu o vaxt mədəniyyət naziri idi, getdim onun yanına. Dedim, Polad, vəziyyətim belədir, işsiz qalmışam. Dedi, bir az gözlə. Bir il gözlədim. Həmin ərəfələrdə tez-tez Ukraynaya gəlirdim, yaxşı dostlarım var idi. Gözlədim, gözlədim, gördüm, heç nə çıxmır. Ondan qabaq da dayım Rəşid Behbudovun Mahnı Teatrında oxuyurdum. Birdən-birə hər şey dağıldı. Konsert olmalı idi, dayım oxuyacaqdı. Rəhmətə gedəndən sonra dedilər, onun yerinə oxuya bilərsən? Dedim, əlbəttə, oxuyaram. Açılış oldu, oxudum. Sonra başa düşdüm ki, heç kimə lazım deyiləm, çıxıb getdim. Buna baxmayaraq mən heç kimi özümə düşmən bilmirəm. Rəşidin düşmənləri var idi, onunla bacarmadılar, mənim üstümə düşdülər. Qoy hamının yadında necə qalmışamsa, elə də xatırlanım. Təəssüf ki, mən imkanlarımın 50 faizini reallaşdıra bilmədim. Bacarığımın cəmi yarısını qoya bildim sənətə. Çətinliklər, maneələr çox oldu mənə". Kiyev kənarında şəxsi mənzilində yaşayan müğənni uzun illər Ukraynada fəaliyyət göstərən restoranlarda oxuyub pul qazanıb. Ömrünün son illərində isə özünə qapanıb, mətbuata müsahibələr verməkdən imtina edib, yaxın qohumları ilə belə əlaqələrini minimuma endirib. Sənətkar 26 sentyabr 2019-cu ildə burada vəfat edib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42251/02/422510229_248:0:2436:1641_1920x0_80_0_0_da4cd92e04b296f0b32f2adfb5cb5ab5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müğənni, sənətkar, səhnə, tərk etmək, azərbaycan
müğənni, sənətkar, səhnə, tərk etmək, azərbaycan
Səhnəni nakam tərk edən sənət adamları
Elə sənətkarlar var ki, vaxtından əvvəl səhnə, sənət həyatını tərk etsə də, yaratdıqları nəinki bir ömür boyu ona bəs edir, hətta dünyasını dəyişdikdən sonra da onlara əbədiyaşarlıq qazandırır.
BAKI, 9 yanvar — Sputnik. Səhnə, teatr, kino ətrafından və yaxınlarından savayı heç kimin tanımadığı bir insanı bir anın içindəcə tanıda, minlərin, on minlərin, yüz minlərin, hətta milyonların sevimlisinə, ulduzuna çevirir. Amma bəzən bu şöhrət, bu ulduzluq, bu parıltı uzun çəkmir. Onlar bəzi səbəblərdən sevib-seçdikləri sənətdən uzaqlaşır, əvvəl qaldığı yerdən yoluna davam etməyə qərar verirlər. Sputnik Azərbaycan sənəti vaxtından əvvəl tərk edən və ya tərk etmək məcburiyyətində qalan sənətkarları təqdim edir.
Məlahətli səsi ilə milyonlarla insanın qəlbinə yol açan Akif İslamzadə səhnəni ən məşhur olduğu dövrdə tərk edib. Səbəb isə 1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şişin əmələ gəlməsi olub. Onkoloji Mərkəzdə altı aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.
Akademik Milli Dram Teatrında və milli kinomuzda onlarla obrazlar canlandıran Səfurə İbrahimova 2005-ci ilə qədər teatrda işləyib. Teatrdan uzaqlaşdıqdan sonra özünü cəmiyyətdən təcdir edir. Xalq artisti Tariyel Qasımov tələbə yoldaşı haqqında verdiyi açıqlamada bildirmişdi ki, Səfurə İbrahimovaya qarşı çox böyük haqsızlıq edilib:
"Tamaşaçı Səfurə xanımı itirib. Amma çox təəssüflər, Səfurə xanım fikirləşməyib ki, tamaşaçılar onu çox sevirlər. İndi bir haqsızlıq oldu, o gördü ki, haqsızlığa qarşı heç bir tədbir görülməyib və tamam küsdü, qapandı. Səfurə heç bizi də qəbul etməyib. Mən də arada çox istəmişəm ki, bir əlaqə saxlayım, qəti qəbul etməyib".
Qeyd edək ki, məşhur aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.
Azərbaycan səhnəsinin, Azərbaycan kinosu və teatrının parlaq ulduzlarından biri olan Xalq artisti Şəfiqə Məmmədova da kinonu və teatrı erkən tərk edən sənətçilərdəndir. Təəssüf ki, Şəfiqə xanım sənətinin, yaradıcılığının ən gözəl çağında, çox erkən yaşlarında (hansı ki, heç qırx yaşı tamam olmamışıdı) səhnə həyatı ilə birdəfəlik vidalaşmaq qərarı verib. SSRİ Xalq artisti Mehdi Məmmədovdan ayrıldıqdan sonra ikinci dəfə ailə həyatı quran sənətkar şəxsi həyatı ilə bağlı sənhəndən, kino və teatrdan uzaqlaşıb.
Azərbaycanın tanınmış və sevilən bəstəkarlarından olan Səid Rüstəmovun ailəsində dünyaya gələn Tamilla Rüstəmova ixtisasca musiqiçi (piano müəllimi) olsa da, çox erkən yaşlarından səhnədə, kinoda rol alıb, həm zahiri gözəlliyi, həm də yaratdığı azsaylı obrazları ilə yaddaşlarda qalıb.
Hamımızın "Böyük dayaq" filmindən tandığmız Maya bacı, "Ulduz" komediyasından tanıdığmız Ulduz və "Axırıncı aşırım" filmindən tanıdığımız Növrəstə obrazının mahir ifaçısı yaşının, yaradıcılığın ən gözəl vaxtlarında sənət, kino həyatından uzaqlaşır. Buna səbəb onun Qnesinalar adına Musiqi İnstitutunun fortepiano ixtisası üzrə təhsil alarkən həmin institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək, Riqaya köçüb yaşması olur. Uzun illərdən sonra Bakıya köçən aktrisa bir müddət "Bülbül" adına məşhur məktəbdə piano dərsi də deyir. Amma bu dəfə sakit həyat tərzinə, hər kəsin gözündən uzaq qalmağa üstünlük verir, cəmi bir hal istisna olmaqla, mediaya, efirə çıxmır və yenidən ailəsi ilə birlikdə Rusiyaya köçür.
Kinomuzda və teatrımızda neçə-neçə, bir-birindən gözəl obrazların mahir ifaçısı Zərnigar Ağakişiyeva da uzun illər sənətdən ayrı qalıb. Sənətdən uğur qazanan Zərnigar xanımın şəxsi həyatı, taleyi uğurlu alınmır. Aktyorluq fəaliyyətinin başlaması ilə təxminən eyni zamanda qurduğu ailə həyatının ömrü cəmi 11 il olur.
Həyat yoldaşının peşəsi də mədəniyyət sahəsinə aid deyilmiş, həmçinin, 11 illik evlilikdən övladları da olmayıbmış və bu, onların ayrılması ilə nəticələnibmiş. Tək, bir növ guşənişin həyat keçirən aktrisa bir müddət səhnədən inciyib, ayrılmalı olur. Buna səbəb isə ona 1989-1992-ci illərdə səhnədə cəmi iki rol verilməsi olur. Ancaq bir də yeddi ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıdır. Kinoda yaratdığı son obrazı isə "Yuxu" filmindəki Xurşud obrazıdır. Çox kədərli bir taleyi olan aktrisa 2018-ci ilin fevral ayının 8-də ürək çatışmazlığından vəfat edib. Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Yasamal rayonunda bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olur. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri mənzilin qapısını açır və tanınmış aktrisanın cəsədini aşkar edirlər.
Kinoya ilk gəlişi "Dərviş Parisi partladır" filmindəki Şərəfnisə obrazı ilə tez bir zamanda tanınan Mömünat Qurbanovanın da ulduzu erkən sönən sənətkarlarımızdandır. Bu rol onu təkcə tamaşaçılara sevdirməklə, tanıtmaqla yekunlaşmır, həm də gələcək ailə həyatının qurulmasında önəmli rol oynayır. Belə ki, burada o, gələcək həyat yoldaşı, Şahbaz obrazının yaradıcısı, tanınmış aktyor Ənvər Həsənovla tanış olur və bu tanışlıq sonda onların evlənməsi ilə nəticələnir. Ümumiyyətlə, aktrisa cəmi üç filmdə rol alır və hər üç filmdə həyat yoldaşı da iştirak edir. Onlar "Atları yəhərləyin" (Qanlı zəmi) və "Sonuncu döyüş" filmlərində çəkilirlər. Ancaq sonradan həyat yoldaşının təkidi ilə gənc və perspektivli aktrisa sənhə, kino həyatından uzaqlaşır. Ənvər Həsənov bizə verdiyi müsahibəsində onu kinodan uzaqlaşdırdığına görə peşman olduğunu dilə gətirmişdi. Aktrisa 2008-ci ilin dekabrın 8-də 50-ci doğum gününü qeyd etmək üçün ailəsi ilə birgə Nabrana gedir, lakin onlar Nabrandan geri qayıdarkən qəzaya uğrayır və nəticədə Mömünat xanım bu qəzada dünyasını dəyişir.
Eyni taleyi yaşıyanlar sırasında ötən il dünyasını dəyişən aktrisa və müğənni Firəngiz Rəhimbəyova da yer alıb. Ötən əsrin 80-ci illərində Azərbaycan müasir estradasının yaradıcılarından sayılan müğənni yaşadığı Los-Ancelesdə dünyasını dəyişib.
Bəstəkar Eldar Mansurov Firəngiz xanımın ölkədən getməsi haqqında Sputnik Azərbaycan-a açıqlamasında təəssüf hissi ilə qeyd etmişdi ki, mərhum sənətçi layiq olduğu dəyəri ala bilmədi:
"Onu Amerikaya mən yola saldım. 1993-cü ildə getdi, həmin gün xeyli söhbət elədik. O artıq qərarını vermişdi, mən onu qərarından döndərə bilməzdim. Ondan qat-qat zəif olan insanlar "Xalq artisti", "Əməkdar artist" adını aldı. Halbuki Firəngizin oxuduğunun yarısını oxuya bilməyib. Nə olsun Amerikaya getmişdi, onlarla mahnısı var idi, filmlərdə rol almışdı. 90-cı illərdə ölkədə vəziyyət çox pis idi. Sənət adamları tamamilə unudulmuşdu. Həmin illərdə əksəriyyəti ölkədən getdi, çünki başqa çarələri yox idi".
Səhnədən nakam gedənlərdən biri Cəfər Behbudovdur. Müğənni məşhurluğunun ən yuxarı pilləsində olarkən gənc yaşlarında ölkəni birdəfəlik tərk edərək taleyini Ukrayna ilə bağlayır. Onun Bakıdan getməsinə isə bəzi adamlar səbəb olur. Müğənni müsahibələrinin birində bu haqda deyir:
"Nə deyim, necə danışım... İndi mənə qalan ancaq şəkillərdir. Baxıram və təəssüflənirəm ki, hər şey keçmişdə qaldı. Əslində mən Bakıdan yox, bəzi-bəzi adamlardan küsüb getmişəm. Çoxları elə bilir fəxr ad vermədilər, ona görə çıxıb getdim, amma elə deyil. Əslində, o vaxt mənə fəxri ad vermək istəyirdilər. Adım siyahıda var idi. Sonra Mübariz Tağıyevin adını ora saldılar. Bakıda yaşayanda Azərbaycan Televiziyasının solisti idim. Bir dəfə işə gələndə adımı ixtisara düşənlərin siyahısında gördüm. Getdim kadrlar idarəsinə, dedilər, təzə sədr gəlib, onunla danış. Təzə sədri də tanımırdım, gedib nə danışacaqdım? Adımı da işdən çıxarılanların siyahısına salmışdılar, sağ olsunlar, çox sağ olsunlar, vəssalam. Polad Bülbüloğlu o vaxt mədəniyyət naziri idi, getdim onun yanına. Dedim, Polad, vəziyyətim belədir, işsiz qalmışam. Dedi, bir az gözlə. Bir il gözlədim. Həmin ərəfələrdə tez-tez Ukraynaya gəlirdim, yaxşı dostlarım var idi. Gözlədim, gözlədim, gördüm, heç nə çıxmır. Ondan qabaq da dayım Rəşid Behbudovun Mahnı Teatrında oxuyurdum. Birdən-birə hər şey dağıldı. Konsert olmalı idi, dayım oxuyacaqdı. Rəhmətə gedəndən sonra dedilər, onun yerinə oxuya bilərsən? Dedim, əlbəttə, oxuyaram. Açılış oldu, oxudum. Sonra başa düşdüm ki, heç kimə lazım deyiləm, çıxıb getdim. Buna baxmayaraq mən heç kimi özümə düşmən bilmirəm. Rəşidin düşmənləri var idi, onunla bacarmadılar, mənim üstümə düşdülər. Qoy hamının yadında necə qalmışamsa, elə də xatırlanım. Təəssüf ki, mən imkanlarımın 50 faizini reallaşdıra bilmədim. Bacarığımın cəmi yarısını qoya bildim sənətə. Çətinliklər, maneələr çox oldu mənə".
Kiyev kənarında şəxsi mənzilində yaşayan müğənni uzun illər Ukraynada fəaliyyət göstərən restoranlarda oxuyub pul qazanıb. Ömrünün son illərində isə özünə qapanıb, mətbuata müsahibələr verməkdən imtina edib, yaxın qohumları ilə belə əlaqələrini minimuma endirib. Sənətkar 26 sentyabr 2019-cu ildə burada vəfat edib.