Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Rusiya ilə mübarizənin flaqmanı." Vaşinqton yeni "Avropa sahibi"ni seçib

© AP Photo / Michael SohnLeopard tankları
Leopard tankları - Sputnik Azərbaycan, 1920, 14.01.2023
Abunə olmaq
Polşa Kiyevə tanklar bağışlamağa söz verib. Eyni zamanda, o, özü də aktiv şəkildə silahlanır. Ekspertlər Varşavanı Ukrayna münaqişəsindən faydalanan ölkələrdən biri hesab edirlər. Polşanın nədən fayda götürdüyü barədə - "RİA Novosti"nin materialında.
David Narmaniya, RİA Novosti
Varşava Kiyevə sosializm dövründən qalan 240 ədəd "T-72", "PT-91 Twardy" tanklarını, Sovet "BM-21" reaktiv yaylım atəşi sistemlərini, "Krab" özüyeriyən silahlarını göndərib. Ümumi məbləğ üç milyard avrodur. Bu, Polşa ÜDM-nin 0,5 faizini təşkil edir. Estoniya və Latviyanın ÜDM-in müvafiq olaraq 1,1 və 0,93 faizini əsirgəməməklə Zelenskiyə dəstək verməkdə daha fədakar olduqları ortaya çıxdı. Amma mütləq rəqəmlər, əlbəttə ki, müqayisə oluna bilməz.
Varşavanın xərclədiyi pulun yarıdan çoxu hərbi təchizatın payına düşür - 1,8 milyard. Bununla belə, Polşa zəifləməyəcək: müttəfiqlər, ilk növbədə ABŞ kömək edir. Belə ki, ötən həftə Milli Müdafiə Nazirliyi 116 "Abrams" tankının alınması barədə məlumat yayıb. Ukraynaya yalnız bir rota "Leopards" – yəni, 10-12 maşın veriləcək.
Bu, Varşavaya Berlini sıxışdırıb ortadan çıxarmağa və Avropanın "Rusiya təhlükəsi"ndən əsas müdafiəçisinə çevrilməyə imkan verir. Şoltsun Almaniyanın regional təhlükəsizliyin təminatçısı kimi çıxış etmək niyyətində olduğu barədə açıqlamaları Bundesverin hazırlıqsızlığı ilə darmadağın olur.
Məlum olub ki, alman hərbi texnikasının əhəmiyyətli hissəsi - məsələn, "Puma" piyada döyüş maşınlarının və "PzH 2000" özüyeriyən silahlarının əksəriyyəti aktiv istifadə üçün yararsızdır. Hərbi Hava Qüvvələrində də oxşar problemlər var: "Tiger" hücum helikopterləri, "NH-90" çoxməqsədli helikopterlər və hətta köhnəlmiş "Tornado" bombardmançıları çatışmır.
Ukraynaya tədarüklə bağlı "mərmi aclığı" da öz təsirini göstərməkdədir. Üstəlik, Rusiyanın təmin etdiyi enerji resursları olmadığından hərbi sənaye istehsal templərini lazımi səviyyəyə qaldıra bilmir. Polşa isə belə problemlərlə üzləşməyib.
Qərbə doğru kurs
Varşava fəal şəkildə dəstəklənir – həm də uzun müddətdir. 1989-cu ildən Polşa Vaşinqtonla yaxınlaşma kursu götürüb. Buna nisbətən ağrısız - ən azı keçmiş sovet respublikaları ilə müqayisədə - iqtisadi transformasiyalar kömək edib.
O vaxtdan bu yana ölkə "NATO-nun şərq cinahı" olub. Ölkədə beş ittifaq bazası və daha onlarla Amerika bazası var. Pentaqon daha ikisini açmağı planlaşdırır.
Doğrudur, o zaman NATO-dan söhbət gedə bilməzdi. Siyasətçilər əmin edirdilər ki, Avropa İttifaqının təhlükəsizlik sisteminə qoşulmaq maksimumdur. Lakin 1999-cu ildə Polşa Şimali Atlantika blokuna qoşuldu.
Polşasayağı militarizasiya
1990-cı illərin əvvəllərində Polşa Sovet texnikasının böyük bir parkı olan 400 minlik bir orduya sahib idi. Bura, təxminən, 700 ədəd "T-72", yüzlərlə zirehli personal daşıyıcısı, onlarla "Mi-2", "Mi-8" və "Mi-24" helikopteri daxil idi.
Tədricən silahlı qüvvələr - 2013-cü ildə 120 min nəfərə qədər azaldıldı. Buna əsasən müqavilə xidmət növünə keçid kömək etdi.
Paralel olaraq ordu modernləşdirildi. Daha müasir modellərlə əvəz edilən Sovet texnikasının bir hissəsi anbarlara göndərildi. Xidmətdə qalan "T-72"lərə iki yüzdən çox "PT-91 Twardy" əlavə edildi – bu, Sovet maşınının yerli modifikasiyasıdır. Bir az sonra isə - müxtəlif modifikasiyalarda, təxminən, 250 "Leopard 2" və otuza yaxın "Abrams" bura əlavə edildi.
Özüyeriyən artilleriya donanması da - ilk növbədə Polşada istehsal olunan 155 mm-lik "AHS Krab" haubitsaları hesabına yeniləndi.
Varşava, həmçinin, aktiv şəkildə Amerika təyyarələrini almağa başladı: 2020-ci ilə qədər onun hava parkı, təxminən, 50 ədəd "F-16"dan ibarət idi. Elə o zaman onlar 32 ədəd ən son model "F-35" almaq üçün razılığa gəliblər.
Keçən il Polşa hakimiyyəti özünə yeni təchizatçı - Cənubi Koreyanı tapdı. Seul ilə böyük miqdarda avadanlıq üçün müqavilələr imzalandı:
- 1000 ədəd "К2 Black Panther" tankı;
- 600 ədəddən çox "K9" haubitsa;
- "FA-50" qırıcılarının üç eskadrilyası.
Lakin onlar alış-verişlə məhdudlaşmamaq qərarına gəliblər. Mart ayında prezident Andjey Duda "Vətənin müdafiəsi haqqında" qanunu imzalayıb. Qanuna görə 2023-cü ildən hərbi xərclər ÜDM-in ən azı üç faizini təşkil etməlidir. Bundan əlavə, ordunun sayı iki dəfə artırılaraq 300 min nəfərə çatacaq. Onlardan iki yüz əlli mini peşəkar əsgərlər, daha 50 min nəfəri isə ərazi müdafiəsi döyüşçüləri olacaq.
Ehtiyatda olanların da sayı artacaq. Bu tədbir çox səs-küy yaradıb, səlahiyyətlilər yazda 200 minə qədər vətəndaşı hərbi xidmətə çağırmaq istəyirlər.
Bu cür militarizasiya Polşaya nəinki öz təhlükəsizliyini möhkəmləndirməyə, həm də vaxtilə Almaniyaya məxsus olan "Avropa qalxanı" roluna iddialı olmağa imkan verir. Varşava bunu bacararsa, hərbi "bonuslar"ın ardınca siyasi bonuslar da gələcək ki, bu da qitədəki qüvvələr nisbətini tamamilə dəyişdirəcək.
Xəbər lenti
0