SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Roma Papası Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

© Sputnik / Илья ПиталевPapa Fransisk
Papa Fransisk  - Sputnik Azərbaycan, 1920, 14.01.2023
Abunə olmaq
Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Azərbaycana səfər edəcək.
BAKI, 14 yanvar - Sputnik. Bu gün Vatikanda Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun etimadnaməsini qəbul edib.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
“Bu gün həm də Kuba səfirinin etimadnaməsi qəbul edilib”, - məlumatda vurğulanır.
Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin Azərbaycana səfər edəcək.
Bu bərədə dövlət katibi Azərbaycanın Vatikandakı səfiri İlqar Muxtarovla görüşü zamanı bildirib.
Görüşdə Azərbaycanla Vatikan arasında yüksək səviyyəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu münasibətlərin sivilizasiyalar və dinlərarası dialoq, eləcə də dünyada tolerantlığın təşviqi baxımından əhəmiyyəti vurğulanıb.
Müqəddəs Taxt-Tacın dövlət katibi səfirdən Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş edib, bu il ölkəmizə səfər edəcəyini bildirib.
Xəbər lenti
0