https://sputnik.az/20230114/risi-sunak-ranin-mudafie-nazirinin-kecmis-muavinini-edam-etmesi-qorxaqliqdir-450652547.html
Rişi Sunak: "İranın müdafiə nazirinin keçmiş müavinini edam etməsi qorxaqlıqdır"
Rişi Sunak: "İranın müdafiə nazirinin keçmiş müavinini edam etməsi qorxaqlıqdır"
Sputnik Azərbaycan
İkili vətəndaşlığı olan (İran və Britaniya) Əlirza Əkbəri 2000-ci illərin əvvəllərində İranın o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini olub. 14.01.2023, Sputnik Azərbaycan
2023-01-14T12:40+0400
2023-01-14T12:40+0400
2023-01-14T13:45+0400
dünya xəbərləri
iran
müdafiə naziri
edam
böyük britaniya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/19/447839318_0:0:3072:1728_1920x0_80_0_0_83a536e97f5942e14d19ed866074972f.jpg
BAKI, 14 yanvar - Sputnik. “İran və Britaniya vətəndaşı olan Əlirza Əkbərinin edam edilməsi məni dəhşətə gətirib”.“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak tviterdə yazıb.O bildirib ki, bu, vəhşi və qorxaq hərəkətdir: “Bu, öz xalqının insan haqlarına hörmətlə yanaşmayan rejimin vəhşiliyi və qorxaqlığıdır. Düşüncələrim Əlirzanın dostları və ailəsi ilədir”.Qeyd edək ki, İran məhkəməsi ölkənin müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri barədə ölüm hökmu çıxarıb. İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.Məlumata görə, Əlirza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Britaniya kəşfiyyatına təhvil verib. Rəsmi açıqlamada bildirilir ki, o, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb.Xatırladaq ki, ikili vətəndaşlığı olan (İran və Britaniya) Əlirza Əkbəri 2000-ci illərin əvvəllərində İranın o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/19/447839318_171:0:2902:2048_1920x0_80_0_0_70ac8e98c6ae0685bcd2e19916db33fa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, müdafiə naziri, edam, böyük britaniya
iran, müdafiə naziri, edam, böyük britaniya
Rişi Sunak: "İranın müdafiə nazirinin keçmiş müavinini edam etməsi qorxaqlıqdır"
12:40 14.01.2023 (Yenilənib: 13:45 14.01.2023) İkili vətəndaşlığı olan (İran və Britaniya) Əlirza Əkbəri 2000-ci illərin əvvəllərində İranın o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini olub.
BAKI, 14 yanvar - Sputnik. “İran və Britaniya vətəndaşı olan Əlirza Əkbərinin edam edilməsi məni dəhşətə gətirib”.
“Report” xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak tviterdə yazıb.
O bildirib ki, bu, vəhşi və qorxaq hərəkətdir: “Bu, öz xalqının insan haqlarına hörmətlə yanaşmayan rejimin vəhşiliyi və qorxaqlığıdır. Düşüncələrim Əlirzanın dostları və ailəsi ilədir”.
Qeyd edək ki, İran məhkəməsi ölkənin müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbəri barədə ölüm hökmu çıxarıb. İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.
Məlumata görə, Əlirza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Britaniya kəşfiyyatına təhvil verib. Rəsmi açıqlamada bildirilir ki, o, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb.
Xatırladaq ki, ikili vətəndaşlığı olan (İran və Britaniya) Əlirza Əkbəri 2000-ci illərin əvvəllərində İranın o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini olub.