https://sputnik.az/20230114/her-kes-oz-kredit-tarixcesini-istediyi-vaxt-pulsuz-oyrene-biler-450623939.html
Hər kəs öz kredit tarixçəsini istədiyi vaxt pulsuz öyrənə bilər
Hər kəs öz kredit tarixçəsini istədiyi vaxt pulsuz öyrənə bilər
Sputnik Azərbaycan
Artıq vətəndaşlar heç yerə getmədən evdən sistemə girməklə öz kredit tarixçələrinə baxa bilərlər. Bununla bağlı Mərkəzi Bankın Elektron Xidmətlər Portalında... 14.01.2023, Sputnik Azərbaycan
2023-01-14T09:01+0400
2023-01-14T09:01+0400
2023-01-14T09:01+0400
kredit
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/42354/00/423540064_0:0:3072:1728_1920x0_80_0_0_8b7b93b4e643d4bdb0f6ba91500cbd29.jpg
BAKI, 14 yanvar — Sputnik. Azərbaycanda vətəndaşlar öz kredit tarixçələrini istədikləri vaxt pulsuz şəkildə öyrənə bilərlər. Bununla bağlı Mərkəzi Bankın Elektron Xidmətlər Portalında artıq yeni səhifə istifadəyə verilib. Yeni səhifəyə (https://accr.e-cbar.az) "ASAN Login" vasitəsilə daxil olaraq hər kəs öz kredit tarixçəsinə baxa bilər. Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildiriblər ki, ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, habelə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır. Kredit Reyestri Sistemində şəxsin öz məlumatlarını dəqiqləşdirmək imkanı Mərkəzi Bankın sərəncamında olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (MKRS) vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə Mərkəzi Bankın Elektron Xidmətlər Portalında müvafiq funksionallıq yaradılıb və cari ilin 10 yanvar tarixindən istifadəyə verilib. Belə ki, vətəndaşlar istənilən vaxt Elektron Xidmətlər Portalında yeni yaradılmış səhifəyə (https://accr.e-cbar.az) "ASAN Login" vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər. "Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır" - deyə Mərkəzi Bankın məlumatında bildirilib. Heç yerə getmədən evdə oturub kredit tarixçəni öyrən Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu addımı müsbət qiymətləndirib: "Bu, vətəndaşın özü barəsində məlumatı öyrənməsidir. Hər kəs kredit borcunun olub-olmadığını öyrənə biləcək. Bəzi vətəndaşlar bilmirlər ki, onların kredit borcu dəqiq nə qədərdir, banklar onlara düzgün məlumat veriblərmi və s. Bəzilərinin isə vaxtı olmur ki, gedib kredit borcunu öyrənə bilsin. Heç yerə getmədən evdə oturub sistemə girməklə öz kredit tarixçəni öyrənmək müsbətdir". Vətəndaşlar üçün istifadəçi təlimatı Qeyd edək ki, https://accr.e-cbar.az linkinə daxil olduqdan sonra açılan səhifədə “Vətəndaşlar” bölməsində asanlogin düyməsi sıxılır. Növbəti açılan səhifədə, təqdim edilən identifikasiya növlərindən birini seçərək “Portal”a daxil ola bilərsiniz. Yeni sorğu – Yeni kredit hesabatı sorğusunu əldə etmək üçün nəzərdə tutulub. Kredit tarixçəsi hesabatını əldə etmək üçün “Sorğuya başla” düyməsini sıxmaq lazımdır. “Sorğuya başla” düyməsini sıxdıqdan sonra kredit tarixçəsi hesabatınız ekranda əks olunur. Hesabatı yükləyə və ya çap edə bilərsiniz. Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemi 2005-ci ildə yaradılıb Xatırladaq ki, kredit tarixçəsi - fiziki və ya hüquqi şəxsin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün lazım olan digər məlumatların məcmusudur. Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemi 2005-ci ildə yaradılıb. Sistemdə ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanılır. MKRS-də borcalanların həm aktiv, həm də tam ödənilmiş kreditləri haqqında məlumatlar saxlanılır. Reyestrdə məlumatlar ayda bir dəfə yenilənir. Yeni verilmiş və tam ödənilmiş kreditlər barədə məlumatlar isə 2 iş günü ərzində MKRS-ə təqdim edilir. MKRS-də borcalanlar haqqında toplanan məlumatlara Mülki Məcəllə və “Banklar haqqında” Azərbaycan Qanunu ilə müəyyən edilən bank sirri rejimi tətbiq edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42354/00/423540064_341:0:3072:2048_1920x0_80_0_0_5acf7eecdb48b1629ef70779b2eb2e76.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
kredit
Hər kəs öz kredit tarixçəsini istədiyi vaxt pulsuz öyrənə bilər
Artıq vətəndaşlar heç yerə getmədən evdən sistemə girməklə öz kredit tarixçələrinə baxa bilərlər. Bununla bağlı Mərkəzi Bankın Elektron Xidmətlər Portalında artıq yeni səhifə istifadəyə verilib.
BAKI, 14 yanvar — Sputnik. Azərbaycanda vətəndaşlar öz kredit tarixçələrini istədikləri vaxt pulsuz şəkildə öyrənə bilərlər. Bununla bağlı Mərkəzi Bankın Elektron Xidmətlər Portalında artıq yeni səhifə istifadəyə verilib. Yeni səhifəyə (https://accr.e-cbar.az) "ASAN Login" vasitəsilə daxil olaraq hər kəs öz kredit tarixçəsinə baxa bilər.
Mərkəzi Bankdan Sputnik Azərbaycan-a bildiriblər ki, ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, habelə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın və hesabatlılığın artırılması Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır.
Kredit Reyestri Sistemində şəxsin öz məlumatlarını dəqiqləşdirmək imkanı
Mərkəzi Bankın sərəncamında olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (MKRS) vətəndaşların onlara aid məlumatlara çıxış imkanlarının təşkil edilməsi məqsədilə Mərkəzi Bankın Elektron Xidmətlər Portalında müvafiq funksionallıq yaradılıb və cari ilin 10 yanvar tarixindən istifadəyə verilib. Belə ki, vətəndaşlar istənilən vaxt Elektron Xidmətlər Portalında yeni yaradılmış səhifəyə (https://accr.e-cbar.az) "ASAN Login" vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.
"Ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsi planlaşdırılır" - deyə Mərkəzi Bankın məlumatında bildirilib.
Heç yerə getmədən evdə oturub kredit tarixçəni öyrən
Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bu addımı müsbət qiymətləndirib: "Bu, vətəndaşın özü barəsində məlumatı öyrənməsidir. Hər kəs kredit borcunun olub-olmadığını öyrənə biləcək. Bəzi vətəndaşlar bilmirlər ki, onların kredit borcu dəqiq nə qədərdir, banklar onlara düzgün məlumat veriblərmi və s. Bəzilərinin isə vaxtı olmur ki, gedib kredit borcunu öyrənə bilsin. Heç yerə getmədən evdə oturub sistemə girməklə öz kredit tarixçəni öyrənmək müsbətdir".
Vətəndaşlar üçün istifadəçi təlimatı
Qeyd edək ki, https://accr.e-cbar.az linkinə daxil olduqdan sonra açılan səhifədə “Vətəndaşlar” bölməsində asanlogin düyməsi sıxılır. Növbəti açılan səhifədə, təqdim edilən identifikasiya növlərindən birini seçərək “Portal”a daxil ola bilərsiniz.
Yeni sorğu – Yeni kredit hesabatı sorğusunu əldə etmək üçün nəzərdə tutulub. Kredit tarixçəsi hesabatını əldə etmək üçün “Sorğuya başla” düyməsini sıxmaq lazımdır.
“Sorğuya başla” düyməsini sıxdıqdan sonra kredit tarixçəsi hesabatınız ekranda əks olunur. Hesabatı yükləyə və ya çap edə bilərsiniz.
Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemi 2005-ci ildə yaradılıb
Xatırladaq ki, kredit tarixçəsi - fiziki və ya hüquqi şəxsin cari və ödənilmiş borcları, borc öhdəliklərinin təminatı ilə bağlı, habelə ödəmə qabiliyyətinin və borc öhdəliklərinin icra intizamının qiymətləndirilməsi üçün lazım olan digər məlumatların məcmusudur.
Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemi 2005-ci ildə yaradılıb. Sistemdə ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanılır.
MKRS-də borcalanların həm aktiv, həm də tam ödənilmiş kreditləri haqqında məlumatlar saxlanılır. Reyestrdə məlumatlar ayda bir dəfə yenilənir. Yeni verilmiş və tam ödənilmiş kreditlər barədə məlumatlar isə 2 iş günü ərzində MKRS-ə təqdim edilir.
MKRS-də borcalanlar haqqında toplanan məlumatlara Mülki Məcəllə və “Banklar haqqında” Azərbaycan Qanunu ilə müəyyən edilən bank sirri rejimi tətbiq edilir.