Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

FHN Qusarda nənə və 7 yaşlı nəvənin öldüyü yanğının ilkin səbəbini açıqlayıb

© Sputnik / Irade JELILTəcili tibbi yardım avtomobili
Təcili tibbi yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 14.01.2023
Abunə olmaq
Qusarda evdə yanğın olub, nənə və nəvəsi yanaraq ölüb
BAKI, 14 yanvar - Sputnik. Məlumat verildiyi kimi, bu gün səhər saatlarında Qusar rayonunun Yeni Həyat kəndində fərdi yaşayış evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə FHN-dən bildirilib.
Qeyd edilib ki, yanğın nəticəsində ümumi sahəsi 280m² olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın və eyvanın yanar konstruksiyaları 90m² sahədə, ikinci mərtəbəsində 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 90m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1-i azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, evin birinci mərtəbəsində yerləşən odun sobasının istismarı qaydalarının pozulması səbəbindən baş verdiyi müəyyən edilib. Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına, o cümlədən qızdırıcı cihazlardan təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə çağırır.
***
Qusarda evdə iki nəfərin ölümünə səbəb olan yanğın baş verib.
Hadisə nəticəsində 1955-ci il təvəllüdlü Zərəngül Əlirzayeva və onun 2016-cı il təvəllüdlü nəvəsi yanaraq ölüb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Qusar rayonunun Yeni Həyat kəndində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın və eyvanın yanar konstruksiyaları 90 m² sahədə, ikinci mərtəbəsində 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1-i azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Xəbər lenti
0