https://sputnik.az/20230113/ran-ankara-ile-demesq-arasinda-danisiqlarin-berpasindan-memnundur---xn-rehberi-450638094.html
İran Ankara ilə Dəməşq arasında danışıqların bərpasından məmnundur - XİN rəhbəri
İran Ankara ilə Dəməşq arasında danışıqların bərpasından məmnundur - XİN rəhbəri
Sputnik Azərbaycan
Abdullahian bildirib ki, Ankara ilə Dəməşq arasında danışıqların bərpası onların qarşılıqlı maraqlarına cavab verir və regionda sülh və təhlükəsizliyin... 13.01.2023, Sputnik Azərbaycan
2023-01-13T22:17+0400
2023-01-13T22:17+0400
2023-01-13T22:17+0400
iran
dünya xəbərləri
dəməşq
ankara
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0f/440178167_0:0:3078:1731_1920x0_80_0_0_232106d937f92518e05d0183ce875bb6.jpg
BAKI, 13 yanvar — Sputnik. İran dekabrın 28-də Moskvada Rusiya, Suriya və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü ilə Ankara və Dəməşq arasında dialoqun bərpasını alqışlayır. Bunu cümə günü Beyrutda keçirdiyi mətbuat konfransında Livanda səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. "Biz Suriya-Türkiyə təmaslarının davam etməsindən razıyıq və ümid edirik ki, başlayan dialoq iki ölkə üçün müsbət nəticələr verəcək", - iranlı nazir vurğulayıb. Onun sözlərinə görə, Ankara ilə Dəməşq arasında danışıqların bərpası onların qarşılıqlı maraqlarına cavab verir, həmçinin regionda sülh və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək. "Biz inanırıq ki, Astana prosesi Suriya-Türkiyə normallaşması ilə güclənəcək və bu, mövcud problemlərin həllinə zəmin yaradacaq", - Abdullahian bildirib. 2017-ci ildə Astanada keçirilən üçtərəfli sammitdə Rusiya və Türkiyə ilə birlikdə İran Suriyada sülh yolu ilə nizamlanmanın təminatçısı olub. Tehran Suriya qanunvericiliyinə dəyişiklik edilməsi üçün tövsiyələr hazırlamalı olan Suriya Konstitusiya Komitəsinin (SCC) yaradılmasını dəstəkləyib. Bundan sonra ölkədə BMT-nin himayəsi altında ümumi seçkilər keçiriləcək.
dəməşq
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/0f/440178167_182:0:2911:2047_1920x0_80_0_0_0fc25472e0f0cf9633a27de4c09adc95.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, dəməşq, ankara
İran Ankara ilə Dəməşq arasında danışıqların bərpasından məmnundur - XİN rəhbəri
Abdullahian bildirib ki, Ankara ilə Dəməşq arasında danışıqların bərpası onların qarşılıqlı maraqlarına cavab verir və regionda sülh və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək.
BAKI, 13 yanvar — Sputnik. İran dekabrın 28-də Moskvada Rusiya, Suriya və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü ilə Ankara və Dəməşq arasında dialoqun bərpasını alqışlayır. Bunu cümə günü Beyrutda keçirdiyi mətbuat konfransında Livanda səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.
"Biz Suriya-Türkiyə təmaslarının davam etməsindən razıyıq və ümid edirik ki, başlayan dialoq iki ölkə üçün müsbət nəticələr verəcək", - iranlı nazir vurğulayıb.
Onun sözlərinə görə, Ankara ilə Dəməşq arasında danışıqların bərpası onların qarşılıqlı maraqlarına cavab verir, həmçinin regionda sülh və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcək.
"Biz inanırıq ki, Astana prosesi Suriya-Türkiyə normallaşması ilə güclənəcək və bu, mövcud problemlərin həllinə zəmin yaradacaq", - Abdullahian bildirib.
2017-ci ildə Astanada keçirilən üçtərəfli sammitdə Rusiya və Türkiyə ilə birlikdə İran Suriyada sülh yolu ilə nizamlanmanın təminatçısı olub. Tehran Suriya qanunvericiliyinə dəyişiklik edilməsi üçün tövsiyələr hazırlamalı olan Suriya Konstitusiya Komitəsinin (SCC) yaradılmasını dəstəkləyib. Bundan sonra ölkədə BMT-nin himayəsi altında ümumi seçkilər keçiriləcək.