https://sputnik.az/20230113/pandemiyadan-zerer-cekmis-sahibkarlara-milyonlarla-vesait-odenilib-450627765.html
Pandemiyadan zərər çəkmiş sahibkarlara milyonlarla vəsait ödənilib
Pandemiyadan zərər çəkmiş sahibkarlara milyonlarla vəsait ödənilib
Sputnik Azərbaycan
Açıqlanan vəsait 2020-ci ilin iyun ayından bu il yanvarın 1-dək olan dövrü əhatə edir və dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində verilib. 13.01.2023, Sputnik Azərbaycan
2023-01-13T17:22+0400
2023-01-13T17:22+0400
2023-01-13T17:22+0400
pandemiya
iqtisadiyyat
mikayıl cabbarov
https://cdnn1.img.sputnik.az/img/42419/33/424193374_0:161:3071:1888_1920x0_80_0_0_56b5142c4c1e98783a421ebca2ed54f8.jpg
BAKI, 13 yanvar — Sputnik. Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə pandemiyadan zərər çəkmiş sahibkarlara 41,4 milyon manat vəsait ödənilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb. Bu vəsait 2020-ci ilin iyun ayından bu il yanvarın 1-dək olan dövrü əhatə edir və dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində verilib. Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb. Fondun başlıca fəaliyyət istiqamətlərinə daxildir: Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək; Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək; Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq; Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək. Güzəştli kreditlər sahibkarlıq subyektlərinə aşağıdakı şərtlərlə təqdim edilir: - Kreditin məbləği - 5 min manatdan 10 milyon manatadək - Kreditin müddəti - 10 ilədək - İllik faiz dərəcəsi - 5%-dək - Kredit üzrə güzəşt müddəti - Kredit müddətinin yarısınadək Güzəştli kreditlər Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı) vasitəsilə verilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42419/33/424193374_171:0:2900:2047_1920x0_80_0_0_27cfd03d979950d8bbbb0e8081b37137.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
pandemiya, mikayıl cabbarov
pandemiya, mikayıl cabbarov
Pandemiyadan zərər çəkmiş sahibkarlara milyonlarla vəsait ödənilib
Açıqlanan vəsait 2020-ci ilin iyun ayından bu il yanvarın 1-dək olan dövrü əhatə edir və dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində verilib.
BAKI, 13 yanvar — Sputnik. Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə pandemiyadan zərər çəkmiş sahibkarlara 41,4 milyon manat vəsait ödənilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.
Bu vəsait 2020-ci ilin iyun ayından bu il yanvarın 1-dək olan dövrü əhatə edir və dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində verilib.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb.
Fondun başlıca fəaliyyət istiqamətlərinə daxildir:
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək;
Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;
Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq;
Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək.
Güzəştli kreditlər sahibkarlıq subyektlərinə aşağıdakı şərtlərlə təqdim edilir:
- Kreditin məbləği - 5 min manatdan 10 milyon manatadək
- Kreditin müddəti - 10 ilədək
- İllik faiz dərəcəsi - 5%-dək
- Kredit üzrə güzəşt müddəti - Kredit müddətinin yarısınadək
Güzəştli kreditlər Fondla əməkdaşlıq edən müvəkkil kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatı, kredit ittifaqı) vasitəsilə verilir.