https://sputnik.az/20230113/nazir-azerbaycan-qaz-ixracini-artirib-450623805.html
Nazir: Azərbaycan qaz ixracını artırıb
Nazir: Azərbaycan qaz ixracını artırıb
Sputnik Azərbaycan
Nazirin sözlərinə görə, ötən il Azərbaycandan Avropaya 11,4 milyard kubmetr qaz tədarük edilib. Türkiyəyə 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard... 13.01.2023, Sputnik Azərbaycan
2023-01-13T13:40+0400
2023-01-13T13:40+0400
2023-01-13T13:40+0400
energetika naziri pərviz şahbazov
neft-qaz
tanap
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434218952_0:0:2961:1665_1920x0_80_0_0_09671be451ae883ba06e98db32b99a3d.jpg
BAKI, 13 yanvar — Sputnik. 2022-ci ildə Azərbaycan qaz ixracını 18% artırıb. Bunu energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb. Nazirin sözlərinə görə, ötən il Azərbaycandan Avropaya 11,4 milyard kubmetr qaz tədarük edilib. Türkiyəyə 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac olunub. P. Şahbazov vurğulayıb ki, bu dövrdə Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 5,6 milyard kubmetr qazla təchiz edib. Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan Avropaya 8,2 milyard kubmetr təbii qaz tədarük olunub. Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434218952_103:0:2652:1912_1920x0_80_0_0_e23f644371ff3bbcbf33a3a468c88683.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
energetika naziri pərviz şahbazov, tanap
energetika naziri pərviz şahbazov, tanap
Nazir: Azərbaycan qaz ixracını artırıb
Nazirin sözlərinə görə, ötən il Azərbaycandan Avropaya 11,4 milyard kubmetr qaz tədarük edilib. Türkiyəyə 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac olunub.
BAKI, 13 yanvar — Sputnik. 2022-ci ildə Azərbaycan qaz ixracını 18% artırıb.
Bunu energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb.
Nazirin sözlərinə görə, ötən il Azərbaycandan Avropaya 11,4 milyard kubmetr qaz tədarük edilib. Türkiyəyə 8,4 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac olunub.
P. Şahbazov vurğulayıb ki, bu dövrdə Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 5,6 milyard kubmetr qazla təchiz edib.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycandan Avropaya 8,2 milyard kubmetr təbii qaz tədarük olunub.
Xatırladaq ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. Azərbaycan 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.