https://sputnik.az/20230113/lham-eliyev-alman-hemkari-ile-xankendi-lacin-yolundaki-veziyyeti-muzakire-edib--450648909.html
İlham Əliyev alman həmkarı ilə Xankəndi-Laçın yolundakı vəziyyəti müzakirə edib
İlham Əliyev alman həmkarı ilə Xankəndi-Laçın yolundakı vəziyyəti müzakirə edib
Sputnik Azərbaycan
Dövlət başçısı telefon danışığı zamanı Frank-Valter Ştaynmayerə bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda... 13.01.2023, Sputnik Azərbaycan
2023-01-13T20:17+0400
2023-01-13T20:17+0400
2023-01-13T20:19+0400
siyasət
prezident ilham əliyev
frank-valter ştaynmayer
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0d/450649054_0:0:634:358_1920x0_80_0_0_e44776cfc516fe5d7ff982b2c7db69ec.jpg
BAKI, 13 yanvar - Sputnik. Yanvarın 13-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.Söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını ifadə edib və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.Regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb.Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini vurğulayaraq, Azərbaycanın Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatı çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.Eyni zamanda, telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə olunub. Dövlət başçısı bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.Söhbət zamanı prezidentlər bir daha Azərbaycan-Almaniya əməkdaşlığının perspektivlərini yüksək qiymətləndirərək bu əlaqələrin inkişafı üçün birgə səylərin göstərilməsinin vacibliyini qeyd ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0d/450649054_0:0:634:476_1920x0_80_0_0_36ac4dd573b3ffffbbddf61606e502ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, frank-valter ştaynmayer
prezident ilham əliyev, frank-valter ştaynmayer
İlham Əliyev alman həmkarı ilə Xankəndi-Laçın yolundakı vəziyyəti müzakirə edib
20:17 13.01.2023 (Yenilənib: 20:19 13.01.2023) Dövlət başçısı telefon danışığı zamanı Frank-Valter Ştaynmayerə bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.
BAKI, 13 yanvar - Sputnik. Yanvarın 13-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını ifadə edib və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Regional təhlükəsizlik məsələlərinə toxunan Frank-Valter Ştaynmayer Almaniyanın Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bilavasitə iştirakı ilə aparılan Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatını dəstəklədiyini vurğulayıb.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən üçtərəfli danışıqları yüksək qiymətləndirdiyini vurğulayaraq, Azərbaycanın Avropa İttifaqı-Azərbaycan-Ermənistan üçtərəfli formatı çərçivəsində aparılan müzakirələr prosesinə sadiqliyini ifadə edib.
Eyni zamanda, telefon danışığı əsnasında Azərbaycanın ərazisində olan Xankəndi-Laçın yolundakı vəziyyət müzakirə olunub. Dövlət başçısı bildirib ki, Ermənistanın yolun guya blokada şəraitində olması barədə iddiaları yalandır, yolda Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə və eləcə də digər humanitar yüklərin sərbəst hərəkəti təmin olunur.
Söhbət zamanı prezidentlər bir daha Azərbaycan-Almaniya əməkdaşlığının perspektivlərini yüksək qiymətləndirərək bu əlaqələrin inkişafı üçün birgə səylərin göstərilməsinin vacibliyini qeyd ediblər.