https://sputnik.az/20230113/fransa-ermenistandan-alet-kimi-istifade-edir---arzu-nagiyev-450632830.html
Fransa Ermənistandan alət kimi istifadə edir - Arzu Nağıyev
Fransa Ermənistandan alət kimi istifadə edir - Arzu Nağıyev
Sputnik Azərbaycan
Fransa bütün gücü ilə Ermənistanı müdafiə edir, ona dəstək göstərir, Azərbaycan əleyhinə qərarların qəbul edilməsinə çalışır. 13.01.2023, Sputnik Azərbaycan
2023-01-13T20:05+0400
2023-01-13T20:05+0400
2023-01-13T20:05+0400
arzu nağıyev
siyasət
ermənistan
fransa
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448149516_0:0:2000:1125_1920x0_80_0_0_49cfa6bdd57949864487136151785451.jpg
BAKI, 13 yanvar — Sputnik. Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin başçılıq etdiyi nümayəndə heyəti İrəvana gəlib. Yael Braun-Pive səfər çərçivəsində Ermənistan rəsmiləri ilə görüşüb və bu görüşlərdə Azərbaycan əleyhinə fikirlər səsləndirib. Sputnik Azərbaycan bu səfərlə bağlı Milli Məclisin deputatı Arzu Nağıyevin fikirlərini öyrənib. Millət vəkili Arzu Nağıyev deyib ki, səfərin arxasında bir sıra məqsədlər dayanır: “Bu gün Fransanın Azərbaycana qarşı fəaliyyətinin arxasında iqtisadi və siyasi məqsədlər dayanır. İqtisadi baxımdan bugünkü vəziyyət Fransanın maraqlarına cavab vermir. Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə Fransa şirkətləri qanunsuz fəaliyyət göstərirdilər. Bu gün Azərbaycanın təkidli tələbləri və torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoyulması Fransaya təsirsiz ötüşməyib. İşğal dövründə bütün təbii sərvətlərin daşınmasında, mədən yataqlarının istismarında Fransa şirkətləri aktiv şəkildə iştirak edirdilər. Eyni zamanda Fransadakı erməni lobbisi bundan yararlanırdı. Onlar bundan istifadə edərək müvafiq Avropa təşkilatlarından Azərbaycan əleyhinə istifadə edirdilər”. Arzu Nağıyev qeyd edib ki, digər məqam Rusiya amili ilə bağlıdır: “Paşinyan hökuməti Rusiya sülhməramlılarının fəaliyyətindən narazılıq ifadə edir, regiona başqa qüvvələrin cəlb olunması ilə bağlı fikirlər səsləndirir. Bununla həm də Fransanın yenidən regiona qaytarılması üçün zəmin yaradırlar. Digər məqam isə ATƏT-in Minsk Qrupu ilə bağlıdır. Münaqişənin mövcud odluğu dövrdə bu təsisat heç bir uğura nail ola bilmədi, indi yenidən onu diriltmək üçün cəhdlər göstərilir. Fransa isə bütün gücü ilə Ermənistanı müdafiə edir, ona dəstək göstərir, Azərbaycan əleyhinə qərarların qəbul edilməsinə çalışır. Biz bunu Fransa Senatında qəbul edilmiş qərarlardan görə bilərik. Hətta BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi Azərbaycana qarşı qətnamə qəbul etdirmək cəhdləri iflasa uğradı”. Millət vəkilinin sözlərinə görə, Fransa Milli Assambleyasının nümayəndələrinin Ermənistana hazırkı səfəri Fransanın hərbi, siyasi, iqtisadi cəhətdən regiona qayıtmaq cəhdləri göstərir: “Xüsusən də Türkiyənin Azərbaycanı dəstəkləməsi və regionda artan rolu Fransanı narahat edir. Bu regiona qayıdış niyyəti eyni zamanda Rusiyanın əleyhinədir. Rusiya ilə bağlı müvafiq addımlar atmağa cəhd göstərirlər. Bunun üçün də alət kimi Ermənistandan istifadə edirlər”.
https://sputnik.az/20230113/fransiz-spiker-ermenileri-meyus-etdi-qarabagin-musteqilliyini-taniya-bilmirik-450627966.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448149516_112:0:1889:1333_1920x0_80_0_0_cbfed18fbb115928525e3293648d2f2c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
arzu nağıyev, ermənistan, fransa
arzu nağıyev, ermənistan, fransa
Fransa Ermənistandan alət kimi istifadə edir - Arzu Nağıyev
Fransa bütün gücü ilə Ermənistanı müdafiə edir, ona dəstək göstərir, Azərbaycan əleyhinə qərarların qəbul edilməsinə çalışır.
BAKI, 13 yanvar — Sputnik. Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivenin başçılıq etdiyi nümayəndə heyəti İrəvana gəlib. Yael Braun-Pive səfər çərçivəsində Ermənistan rəsmiləri ilə görüşüb və bu görüşlərdə Azərbaycan əleyhinə fikirlər səsləndirib.
Sputnik Azərbaycan bu səfərlə bağlı Milli Məclisin deputatı Arzu Nağıyevin fikirlərini öyrənib.
Millət vəkili Arzu Nağıyev deyib ki, səfərin arxasında bir sıra məqsədlər dayanır:
“Bu gün Fransanın Azərbaycana qarşı fəaliyyətinin arxasında iqtisadi və siyasi məqsədlər dayanır. İqtisadi baxımdan bugünkü vəziyyət Fransanın maraqlarına cavab vermir. Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə Fransa şirkətləri qanunsuz fəaliyyət göstərirdilər. Bu gün Azərbaycanın təkidli tələbləri və torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoyulması Fransaya təsirsiz ötüşməyib. İşğal dövründə bütün təbii sərvətlərin daşınmasında, mədən yataqlarının istismarında Fransa şirkətləri aktiv şəkildə iştirak edirdilər. Eyni zamanda Fransadakı erməni lobbisi bundan yararlanırdı. Onlar bundan istifadə edərək müvafiq Avropa təşkilatlarından Azərbaycan əleyhinə istifadə edirdilər”.
Arzu Nağıyev qeyd edib ki, digər məqam Rusiya amili ilə bağlıdır:
“Paşinyan hökuməti Rusiya sülhməramlılarının fəaliyyətindən narazılıq ifadə edir, regiona başqa qüvvələrin cəlb olunması ilə bağlı fikirlər səsləndirir. Bununla həm də Fransanın yenidən regiona qaytarılması üçün zəmin yaradırlar. Digər məqam isə ATƏT-in Minsk Qrupu ilə bağlıdır. Münaqişənin mövcud odluğu dövrdə bu təsisat heç bir uğura nail ola bilmədi, indi yenidən onu diriltmək üçün cəhdlər göstərilir. Fransa isə bütün gücü ilə Ermənistanı müdafiə edir, ona dəstək göstərir, Azərbaycan əleyhinə qərarların qəbul edilməsinə çalışır. Biz bunu Fransa Senatında qəbul edilmiş qərarlardan görə bilərik. Hətta BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi Azərbaycana qarşı qətnamə qəbul etdirmək cəhdləri iflasa uğradı”.
Millət vəkilinin sözlərinə görə, Fransa Milli Assambleyasının nümayəndələrinin Ermənistana hazırkı səfəri Fransanın hərbi, siyasi, iqtisadi cəhətdən regiona qayıtmaq cəhdləri göstərir:
“Xüsusən də Türkiyənin Azərbaycanı dəstəkləməsi və regionda artan rolu Fransanı narahat edir. Bu regiona qayıdış niyyəti eyni zamanda Rusiyanın əleyhinədir. Rusiya ilə bağlı müvafiq addımlar atmağa cəhd göstərirlər. Bunun üçün də alət kimi Ermənistandan istifadə edirlər”.