Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Bakı sakinləri Köhnə Yeni ili qeyd edirlərmi - videosorğu

Abunə olmaq
Köhnə Yeni il bayramını paytaxt sakinləri qeyd edirlərmi və bu bayram bakılıları nə qədər cəlb edir - Sputnik Azərbaycan-ın videosunda.
BAKI, 13 yanvar — Sputnik. Görünür, Yeni il tətilləri geridə qaldı, əyləncə və istirahət vaxtı bitdi. Ancaq Köhnə Yeni il bayramı gəlir. Azərbaycan paytaxtının sakinlərinin bu bayramı qeyd edib-etmədiyini Sputnik Azərbaycan araşdırıb.
Sorğu göstərib ki, Azərbaycanda Köhnə Yeni il bayramını qeyd etmək ənənəsi əksər insanlar üçün uzaq keçmişdə qalıb. Bəziləri çətin həyatı və koronavirusu bu bayramı keçirməmək üçün səbəb göstərir, bəziləri isə dini səbəblərə görə bu tarixi ümumiyyətlə qeyd etmir.
Ancaq bu köhnə, Sovet ənənəsini qoruyub saxlayanlar və yaxınları və dostları ilə bayram süfrəsi arxasında toplaşmaq üçün Köhnə Yeni ildən bir səbəb kimi istifadə edənlər də var.
Xəbər lenti
0