https://sputnik.az/20230113/azerbaycanda-qanunsuz-ovculuq-faktlarinin-sayi-aciqlanib-450616729.html
Azərbaycanda qanunsuz ovçuluq faktlarının sayı açıqlanıb
Azərbaycanda qanunsuz ovçuluq faktlarının sayı açıqlanıb
Sputnik Azərbaycan
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib ki, ayrılan lisenziyada göstərilən limitdən artıq heyvan ovu qadağandır və bu, qayda... 13.01.2023, Sputnik Azərbaycan
2023-01-13T11:52+0400
2023-01-13T11:52+0400
2023-01-13T11:52+0400
ov
azərbaycan xəbərləri
ovçu
https://cdnn1.img.sputnik.az/img/41739/78/417397861_0:0:4000:2251_1920x0_80_0_0_b743290245f2d87f8e24182d41dacfda.jpg
BAKI, 13 yanvar — Sputnik. Bu gün hələ də qanunsuz balıq ovu faktları var. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib. O qeyd edib ki, ancaq son dövrlərdəki reydlərin nəticəsinə görə, bu kimi halların azaldığı müşahidə edilir: "Bu ilin ilk günlərində qanunsuz ərazilərdə ovçuluqla əlaqəli 4 fakt, balıq ovu ilə bağlı isə 3 fakt aşkarlanıb: "Qanunsuz ovçuluqla məşğul olanlar barəsində cərimə tətbiq olunub". "Həmçinin ötən ilin son ayı və bu ilin ilk həftəsində 5 min metrə qədər sintetik tor müsadirə olunub", - deyə o əlavə edib. F.Əliyev həmçinin qeyd edib ki, bu il üçün su bataqlıq quşları üçün ov mövsümü davam edir: "Mart ayına qədər proses davam edəcək. Heyvanların sayılması nəticəsində ov limitləri açılır və buna uyğun vətəndaşlara lisenziya verilir. Su bataqlıq quşlarının ovlanması ilə digər heyvan növlərinin ovlanması arasında fərq var. Hər bir heyvanın ovlanması müxtəlif tarixlərdə olur. "Qırmızı kitab"a düşən heyvanların ovlanması qadağandır. Ayrılan lisenziyada göstərilən limitdən artıq heyvan ovu qadağandır və bu qayda pozuntusudur". "Bundan başqa, sayılma prosesinin davamı olaraq dağıstan turunun ov predmeti hesab edilməsi məsələsi də məlum olacaq", - deyə o əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41739/78/417397861_451:0:4000:2662_1920x0_80_0_0_3872139715b6201ebe5906b750f8fdcf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ov, ovçu
Azərbaycanda qanunsuz ovçuluq faktlarının sayı açıqlanıb
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib ki, ayrılan lisenziyada göstərilən limitdən artıq heyvan ovu qadağandır və bu, qayda pozuntusudur.
BAKI, 13 yanvar — Sputnik. Bu gün hələ də qanunsuz balıq ovu faktları var. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O qeyd edib ki, ancaq son dövrlərdəki reydlərin nəticəsinə görə, bu kimi halların azaldığı müşahidə edilir: "Bu ilin ilk günlərində qanunsuz ərazilərdə ovçuluqla əlaqəli 4 fakt, balıq ovu ilə bağlı isə 3 fakt aşkarlanıb: "Qanunsuz ovçuluqla məşğul olanlar barəsində cərimə tətbiq olunub".
"Həmçinin ötən ilin son ayı və bu ilin ilk həftəsində 5 min metrə qədər sintetik tor müsadirə olunub", - deyə o əlavə edib.
F.Əliyev həmçinin qeyd edib ki, bu il üçün su bataqlıq quşları üçün ov mövsümü davam edir:
"Mart ayına qədər proses davam edəcək. Heyvanların sayılması nəticəsində ov limitləri açılır və buna uyğun vətəndaşlara lisenziya verilir. Su bataqlıq quşlarının ovlanması ilə digər heyvan növlərinin ovlanması arasında fərq var. Hər bir heyvanın ovlanması müxtəlif tarixlərdə olur. "Qırmızı kitab"a düşən heyvanların ovlanması qadağandır. Ayrılan lisenziyada göstərilən limitdən artıq heyvan ovu qadağandır və bu qayda pozuntusudur".
"Bundan başqa, sayılma prosesinin davamı olaraq dağıstan turunun ov predmeti hesab edilməsi məsələsi də məlum olacaq", - deyə o əlavə edib.