NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanda hasil olunmuş neftin 81 faizi ixrac edilib

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidNeft sisternləri
Neft sisternləri - Sputnik Azərbaycan, 1920, 13.01.2023
Abunə olmaq
Keçən il ölkədə 32,6 milyon ton neft hasil edilib və əksəriyyəti xaricə göndərilib.
BAKI, 13 yanvar — Sputnik. 2022-ci ildə operativ məlumatlara görə, Azərbaycanda hasil edilmiş 32,6 milyon ton neftin 26,3 milyon tonu (80,7%) ixraca nəql edilib.
Bunu energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.
O bildirib ki, bu dövrdə 6,5% artımla hasil edilmiş 46,7 milyard kubmetr qazın 22,3 milyard kubmetr (47,75%) ixrac olunub.
Xatırladaq ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.
Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Xəbər lenti
0