https://sputnik.az/20230113/azal-bakidan-astanaya-birbasa-ucuslara-baslayir-450644918.html
AZAL Bakıdan Astanaya birbaşa uçuşlara başlayır
AZAL Bakıdan Astanaya birbaşa uçuşlara başlayır
Sputnik Azərbaycan
Aviareyslər martın 16-dan etibarən həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Astanaya uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə isə uçuşlar isə... 13.01.2023, Sputnik Azərbaycan
2023-01-13T21:33+0400
2023-01-13T21:33+0400
2023-01-13T21:33+0400
azal
azərbaycan xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427952447_0:200:2000:1325_1920x0_80_0_0_b222debaae64f741713607d898db33cc.jpg
BAKI, 13 yanvar — Sputnik. "Azərbaycan Hava Yolları" QSC (AZAL) martda Bakıdan Qazaxıstanın paytaxtı Astanaya uçuşlar yerinə yetirməyə başlayacaq. Bu barədə AZAL-dan bildirilib. Məlumata görə, aviareyslər martın 16-dan etibarən həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Astanaya uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə uçuşlar isə çərşənbə axşamı və cümə günləri baş tutacaq. Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhstan. Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan. Xatırladaq ki, martın 17-dən etibarən AZAL Bakıdan Qazaxıstanın daha bir böyük şəhəri, Almatıya (həftədə iki dəfə) reyslər yerinə yetirməyə başlayır. Hazırda isə AZAL-ın tərkibinə daxil olan "Buta Airways" şirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə (həftədə üç dəfə) uçuşlar həyata keçirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427952447_0:0:2000:1500_1920x0_80_0_0_12bd519c62e1b61b54f1bf562df815c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azal
AZAL Bakıdan Astanaya birbaşa uçuşlara başlayır
Aviareyslər martın 16-dan etibarən həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Astanaya uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə isə uçuşlar isə çərşənbə axşamı və cümə günləri baş tutacaq.
BAKI, 13 yanvar — Sputnik. "Azərbaycan Hava Yolları" QSC (AZAL) martda Bakıdan Qazaxıstanın paytaxtı Astanaya uçuşlar yerinə yetirməyə başlayacaq.
Bu barədə AZAL-dan bildirilib.
Məlumata görə, aviareyslər martın 16-dan etibarən həftədə iki dəfə həyata keçiriləcək. Bakıdan Astanaya uçuşlar bazar ertəsi və cümə axşamı, əks istiqamətdə uçuşlar isə çərşənbə axşamı və cümə günləri baş tutacaq.
Reyslərə yalnız COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. Qazaxıstana səyahət edən Azərbaycan vətəndaşları ölkəyə giriş qaydaları ilə burada tanış ola bilər: https://www.azal.az/az/information/covid-kazakhstan.
Azərbaycana giriş qaydaları ilə burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.
Xatırladaq ki, martın 17-dən etibarən AZAL Bakıdan Qazaxıstanın daha bir böyük şəhəri, Almatıya (həftədə iki dəfə) reyslər yerinə yetirməyə başlayır. Hazırda isə AZAL-ın tərkibinə daxil olan "Buta Airways" şirkəti Bakı-Aktau-Bakı marşrutu üzrə (həftədə üç dəfə) uçuşlar həyata keçirir.