NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft qiymətləri son iki həftənin ən yüksək səviyyəsinə yaxınlaşıb

© AP Photo / Richard DrewBirjada elektron tablo, arxiv şəkli
Birjada elektron tablo, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.01.2023
Abunə olmaq
Son günlərdə FED-in faiz açıqlamaları və ABŞ hökumətinin qlobal neft tələbinin bu il rekord həddə çatacağına dair proqnozu qiymətləri kəskin şəkildə artırıb.
BAKI, 12 yanvar — Sputnik. Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,15 dollar artaraq 82,82 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,13 dollar bahalaşaraq 77,54 dollar olub.
Azərbaycan neftinin qiyməti də 2,69 dollar artaraq 87,52 dollar olub.
Qeyd edək ki, ABŞ-da inflyasiyanın daha da azalacağı, gələcək aylarda mərhələli faiz artımlarına dair gözləntilər iki həftə ərzində neft qiymətlərini ən yüksək həddə qaldırıb. Bu ssenarinin dollara təzyiq göstərməsi və 2023-cü ildə iqtisadi şəraitin yaxşılaşacağı ehtimalı var ki, bu da xam neft tələbi üçün müsbətdir.
2023-cü ildə yaxınlaşan iqtisadi tənəzzül narahatlıqları neft qiymətlərinin 2023-cü ilə zəif başlamasına səbəb olub. Bununla belə, son günlərdə FED-in faiz açıqlamaları və ABŞ hökumətinin qlobal neft tələbinin bu il rekord həddə çatacağına dair proqnozu qiymətləri kəskin şəkildə artırıb.
Çin sərhədlərini yenidən açdıqdan və sərt COVID-19 siyasətindən uzaqlaşdıqdan sonra ölkə iqtisadiyyatının bərpası ilə neft tələbinin kəskin şəkildə artacağı gözlənilir. Cümə axşamı günü verilən məlumatlar hökumətin məhdudiyyətləri yumşaltmağa başlamasından sonra dekabr ayında inflyasiyanın bir qədər yaxşılaşdığını göstərib. Lakin yaxın perspektivdə Çin indiyə qədər gördüyü ən pis COVID-19 dalğası ilə mübarizə aparır və bu, çox güman ki, sürətli iqtisadi bərpaya mane olacaq.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xəbər lenti
0