https://sputnik.az/20230112/musiqi-kollecinin-direktoru-rusvet-alarken-tutuldu-450595201.html
Musiqi Kollecinin direktoru rüşvət alarkən tutuldu
Musiqi Kollecinin direktoru rüşvət alarkən tutuldu
Sputnik Azərbaycan
Onun tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. 12.01.2023, Sputnik Azərbaycan
2023-01-12T16:10+0400
2023-01-12T16:10+0400
2023-01-12T16:11+0400
cəmiyyət
rüşvət
musiqi məktəbi
polis
https://cdnn1.img.sputnik.az/img/41011/55/410115568_0:140:2001:1265_1920x0_80_0_0_3dec29a555dbdd1fc710400d0f0b38d8.jpg
BAKI, 12 yanvar — Sputnik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Xatırladaq ki, "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlu da rüşvətə görə həbs olunub.Aparılmış araşdırmalarla Əzizağa Quliyevin "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman Matan Məmmədovanı xadimə işinə qəbul etmək müqabilində 1000 manat, qızı Jalə Həvəskarini isə kompüter üzrə mütəxəssis ştatına işə qəbul etmək üçün 2000 manat məbləğində pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi başlanmaqla, Quliyev Əzizağa Kişibala oğlu Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41011/55/410115568_62:0:1937:1406_1920x0_80_0_0_3ee162ddfe509675dbc4ee230dca4e20.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
rüşvət, musiqi məktəbi, polis
rüşvət, musiqi məktəbi, polis
Musiqi Kollecinin direktoru rüşvət alarkən tutuldu
16:10 12.01.2023 (Yenilənib: 16:11 12.01.2023) Onun tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
BAKI, 12 yanvar — Sputnik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlardan rüşvət alan Ağdam Musiqi Kollecinin direktoru Rafail Musayevin qanunsuz əməlləri ifşa edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, kollec direktorunun 2019-2023-cü illərdə müəllimlərə dərs saatlarının ayrılması, işə qəbul, tələbələrə imtahanlarda qiymətlərin yazılması və digər qanunsuz məqsədlərlə külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Bununla bağlı, Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, toplanmış ilkin sübutlar əsasında ona həmin Məcəllənin 311.3.2 (təkrar rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla ev dustaqlığı qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləmiş Quliyev Əzizağa Kişibala oğlu da rüşvətə görə həbs olunub.
Aparılmış araşdırmalarla Əzizağa Quliyevin "Saatlı Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru vəzifəsində işləyən zaman Matan Məmmədovanı xadimə işinə qəbul etmək müqabilində 1000 manat, qızı Jalə Həvəskarini isə kompüter üzrə mütəxəssis ştatına işə qəbul etmək üçün 2000 manat məbləğində pulu rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı rayon prokurorluğunda cinayət işi başlanmaqla, Quliyev Əzizağa Kişibala oğlu Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.