https://sputnik.az/20230112/macaristan-prezidenti-nato-nu-ukraynadaki-munaqiseye-celb-olunmamaga-cagirib-450576938.html
Macarıstan prezidenti NATO-nu Ukraynadakı münaqişəyə cəlb olunmamağa çağırıb
Macarıstan prezidenti NATO-nu Ukraynadakı münaqişəyə cəlb olunmamağa çağırıb
Sputnik Azərbaycan
Katalin Novak Macarıstanda çalışan xarici səfirlərlə görüşündə bildirib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı müharibədən kənarda qalmalı, emosiyalara... 12.01.2023, Sputnik Azərbaycan
2023-01-12T11:19+0400
2023-01-12T11:19+0400
2023-01-12T11:19+0400
macarıstan
dünya xəbərləri
ukrayna
nato
münaqişə
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0c/450576607_0:0:3065:1725_1920x0_80_0_0_0b620e1ac82ef6c99f2e25dbbb1e6ff3.jpg
BAKI, 12 yanvar — Sputnik. Macarıstan Prezidenti Katalin Novak NATO-nu Ukraynadakı münaqişəyə cəlb olunmamaq barədə xəbərdar edib və təşkilatı emosiyaları deyil, praqmatizmi rəhbər tutmağa çağırıb. Bu barədə RİA Novosti "MTI" agentliyinə istinadən xəbər yayıb."Bu məsələdə (Ukraynadakı münaqişə - red.) praqmatik olmaq lazımdır, lakin Avropanın sağ qalması haqqında da düşünmək lazımdır. Şimali Atlantika Müqaviləsi Təşkilatı müharibədən kənarda qalmalı, emosiyalara qapılmamalı və bu səbəbdən münaqişəyə qarışmamalıdır", - deyə Novak Macarıstanda çalışan xarici səfirlərlə görüşündə bildirib.Prezident diplomatları bir-birinin mədəniyyətinə qarşılıqlı hörmət və praqmatizm ruhunda işləməyə çağırıb. Moskva daha əvvəl qeyd edib ki, Ukraynaya "davamlı irimiqyaslı yardım" getdikcə daha çox "Qərb dövlətini Kiyev rejiminin tərəfində münaqişəyə cəlb edir".Rusiyanın xarici işlər naziri Sergey Lavrov içində Ukrayna üçün silah olan istənilən yükün Rusiya üçün qanuni hədəfə çevriləcəyinə diqqət çəkib.Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanın Qərb tərəfindən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/0c/450576607_117:0:2846:2047_1920x0_80_0_0_8a05749e9cbc0d5a0bffcf1ac72f655f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
macarıstan, ukrayna, nato, münaqişə
macarıstan, ukrayna, nato, münaqişə
Macarıstan prezidenti NATO-nu Ukraynadakı münaqişəyə cəlb olunmamağa çağırıb
Katalin Novak Macarıstanda çalışan xarici səfirlərlə görüşündə bildirib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı müharibədən kənarda qalmalı, emosiyalara qapılmamalı və bu səbəbdən münaqişəyə qarışmamalıdır.
BAKI, 12 yanvar — Sputnik. Macarıstan Prezidenti Katalin Novak NATO-nu Ukraynadakı münaqişəyə cəlb olunmamaq barədə xəbərdar edib və təşkilatı emosiyaları deyil, praqmatizmi rəhbər tutmağa çağırıb. Bu barədə RİA Novosti "MTI" agentliyinə istinadən xəbər yayıb.
"Bu məsələdə (Ukraynadakı münaqişə - red.) praqmatik olmaq lazımdır, lakin Avropanın sağ qalması haqqında da düşünmək lazımdır. Şimali Atlantika Müqaviləsi Təşkilatı müharibədən kənarda qalmalı, emosiyalara qapılmamalı və bu səbəbdən münaqişəyə qarışmamalıdır", - deyə Novak Macarıstanda çalışan xarici səfirlərlə görüşündə bildirib.
Prezident diplomatları bir-birinin mədəniyyətinə qarşılıqlı hörmət və praqmatizm ruhunda işləməyə çağırıb.
Moskva daha əvvəl qeyd edib ki, Ukraynaya "davamlı irimiqyaslı yardım" getdikcə daha çox "Qərb dövlətini Kiyev rejiminin tərəfində münaqişəyə cəlb edir".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov içində Ukrayna üçün silah olan istənilən yükün Rusiya üçün qanuni hədəfə çevriləcəyinə diqqət çəkib.
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Ukraynanın Qərb tərəfindən silahlarla təchiz edilməsi Rusiya-Ukrayna danışıqlarının uğuruna kömək etmir və mənfi təsir göstərəcək.