CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda ucuz mənzillər satışa çıxarılacaq

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidMənzil
Mənzil - Sputnik Azərbaycan, 1920, 12.01.2023
Abunə olmaq
Dövlət başçısının tapşırığına əsasən, həmin mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
BAKI, 12 yanvar — Sputnik. Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillər satışa çıxarılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov məlumat yayıb.
O bildirib ki, mənzillərin satışı yanvarın 22-də saat 10:00-da başlayacaq.
Qeyd edək ki, satışı nəzərdə tutulan həmin mənzillər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Bakının Ramana, Ümid, Хocasən qəsəbələrində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalardakı, həmçinin Bakının Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalardakı istifadə edilməyən mənzillərdir.
Dövlət başçısının tapşırığına əsasən, həmin mənzillərin satışından əldə olunan vəsait digər bölgələr üzrə şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə müddət öncə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu fərman mənzilə ehtiyacı olan vətəndaşlarda ev almağa böyük ümid yaradıb.
Xəbər lenti
0