https://sputnik.az/20230112/azerbaycanda-bu-infeksion-xesteliye-yoluxma-artib-450606373.html
Azərbaycanda bu infeksion xəstəliyə yoluxma artıb
Azərbaycanda bu infeksion xəstəliyə yoluxma artıb
Sputnik Azərbaycan
GEM-dən bildirilib ki, 2022-ci ilin noyabr ayından xəstəliyin səviyyəsi mövsümə uyğun olaraq bir qədər artıb. 12.01.2023, Sputnik Azərbaycan
2023-01-12T19:53+0400
2023-01-12T19:53+0400
2023-01-12T19:53+0400
azərbaycan
səhiyyə
peyvənd
təqvim
https://cdnn1.img.sputnik.az/img/42367/75/423677510_0:201:3209:2006_1920x0_80_0_0_3bda79fa8626d8f21b923dfff756a328.jpg
BAKI, 12 yanvar — Sputnik. "2022-ci ildə suçiçəyi xəstəliyinin artımı əsasən ilin birinci yarısında qeydə alınıb, iyul ayından başlayaraq xəstəliyinin səviyyəsində azalma müşahidə olunub". Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.Bildirilib ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq 2022-ci ilin noyabr ayından xəstəliyin səviyyəsi mövsümə uyğun olaraq bir qədər artıb. Xatırladaq ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova bildirib ki, rotaviruslara qarşı peyvəndlər bizim Milli Peyvənd Təqviminə salınmayıb. Nazirlik mütəxəssisi bildirib ki, rotaviruslara qarşı peyvənd artıq bir sıra ölkələrdə tətbiq edilir. Məlumat üçün bildirək ki, uşaqlara ilk peyvənd doğumdan sonra 12 saat ərzində Hepatit B xəstəliyinə qarşı vurulur.4-7-ci gündə vərəm əleyhinə peyvənd (BCG), poliomielitə qarşı peyvənd (OPV) vurulur.2 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və Hepatit B-yə qarşı peyvənd (Hib), poliomielitə qarşı peyvənd (OPV), pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk) edilir. 3 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və Hepatit B-yə qarşı peyvənd (Hib) və poliomielitə qarşı peyvənd (OPV) vurulur. 4 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və Hepatit B-yə qarşı peyvənd (Hib) və poliomielitə qarşı peyvənd (OPV) , pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk) edilir. 6 aylıqda pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk), 12 aylıqda isə qızılca (QPM), parotit və məxmərəyə qarşı peyvənd, vitamin A (Vit A) peyvəndləri edilir.Uşaq 18 aylıq olduqda difteriya, göyöskürək və tetanusa qarşı peyvənd (GDT), poliomielitə qarşı peyvənd (OPV), vitamin A vaksini edilir.6 yaşında isə qızılca, parotit və məxmərəyə qarşı peyvənd (QPM), difteriya və tetanus əleyhinə peyvənd (DT), vitamin A peyvəndi edilməlidir. Uşaqlar üçün mütləq olan peyvəndlərdən savayı, valideynlərin şəxsi xahişinə əsasən, xəstəliyi keçirməyən uşaqlara suçiçəyi, rotavirus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına isə insan papilloması virusu (İPV) peyvəndləri də oluna bilər. Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42367/75/423677510_480:0:3209:2047_1920x0_80_0_0_de5dfb7a4978577d9a0c0e7706a866df.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, peyvənd, təqvim
azərbaycan, peyvənd, təqvim
Azərbaycanda bu infeksion xəstəliyə yoluxma artıb
GEM-dən bildirilib ki, 2022-ci ilin noyabr ayından xəstəliyin səviyyəsi mövsümə uyğun olaraq bir qədər artıb.
BAKI, 12 yanvar — Sputnik. "2022-ci ildə suçiçəyi xəstəliyinin artımı əsasən ilin birinci yarısında qeydə alınıb, iyul ayından başlayaraq xəstəliyinin səviyyəsində azalma müşahidə olunub". Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünün başlanması ilə əlaqədar olaraq 2022-ci ilin noyabr ayından xəstəliyin səviyyəsi mövsümə uyğun olaraq bir qədər artıb.
"Qeydə alınan xəstəlik ocaqlarında əks-epidemik tədbirlərin aparılması təmin edilir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova bildirib ki, rotaviruslara qarşı peyvəndlər bizim Milli Peyvənd Təqviminə salınmayıb. Nazirlik mütəxəssisi bildirib ki, rotaviruslara qarşı peyvənd artıq bir sıra ölkələrdə tətbiq edilir.
Məlumat üçün bildirək ki, uşaqlara ilk peyvənd doğumdan sonra 12 saat ərzində Hepatit B xəstəliyinə qarşı vurulur.
4-7-ci gündə vərəm əleyhinə peyvənd (BCG), poliomielitə qarşı peyvənd (OPV) vurulur.
2 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və Hepatit B-yə qarşı peyvənd (Hib), poliomielitə qarşı peyvənd (OPV), pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk) edilir.
3 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və Hepatit B-yə qarşı peyvənd (Hib) və poliomielitə qarşı peyvənd (OPV) vurulur. 4 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və Hepatit B-yə qarşı peyvənd (Hib) və poliomielitə qarşı peyvənd (OPV) , pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk) edilir.
6 aylıqda pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk), 12 aylıqda isə qızılca (QPM), parotit və məxmərəyə qarşı peyvənd, vitamin A (Vit A) peyvəndləri edilir.
Uşaq 18 aylıq olduqda difteriya, göyöskürək və tetanusa qarşı peyvənd (GDT), poliomielitə qarşı peyvənd (OPV), vitamin A vaksini edilir.
6 yaşında isə qızılca, parotit və məxmərəyə qarşı peyvənd (QPM), difteriya və tetanus əleyhinə peyvənd (DT), vitamin A peyvəndi edilməlidir.
Uşaqlar üçün mütləq olan peyvəndlərdən savayı, valideynlərin şəxsi xahişinə əsasən, xəstəliyi keçirməyən uşaqlara suçiçəyi, rotavirus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına isə insan papilloması virusu (İPV) peyvəndləri də oluna bilər. Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidir.