https://sputnik.az/20230111/turkiyenin-mudafie-naziri-ukraynani-derhal-ateskese-cagirib--450570323.html
Türkiyənin müdafiə naziri Ukraynanı dərhal atəşkəsə çağırıb
Türkiyənin müdafiə naziri Ukraynanı dərhal atəşkəsə çağırıb
Sputnik Azərbaycan
Tərəflər vurğulayıblar ki, Ukrayna taxılının ixracına dair dördtərəfli saziş çərçivəsində Birgə Koordinasiya Mərkəzinin işi ehtiyacı olan ölkələrə 17 milyon... 11.01.2023, Sputnik Azərbaycan
2023-01-11T23:52+0400
2023-01-11T23:52+0400
2023-01-12T08:46+0400
dünya xəbərləri
hulusi akar
türkiyə
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434512283_0:0:3277:1844_1920x0_80_0_0_98cfd74cf73bcbee078003094aad3edc.jpg
BAKI, 11 yanvar - Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığı zamanı Ukraynada dərhal atəşkəsə çağırıb. Bu barədə Türkiyə Respublikanın Milli Müdafiə Nazirliyi bildirib. Akar qeyd edib ki, atəşkəs yeni qurbanların qarşısını alacaq və regionda sabitliyi bərpa edəcək. “Prezidentin (Rəcəb Tayyib Ərdoğan. – Red.) başçılıq etdiyi Türkiyə indiyə qədər etdiyi kimi, regionda sülhün təmin edilməsinə və bütün səviyyələrdə humanitar yardıma töhfə verməyə davam edəcək”, - məlumatda deyilir. Tərəflər vurğulayıblar ki, Ukrayna taxılının ixracına dair dördtərəfli saziş çərçivəsində Birgə Koordinasiya Mərkəzinin işi ehtiyacı olan ölkələrə 17 milyon tona yaxın məhsul göndərməyə imkan verib.Akar və Reznikov bu təşəbbüsün fasiləsiz işləyəcəyinə ümid etdiklərini bildiriblər.2022-ci il fevralın 24-dən Ukraynada xüsusi hərbi əməliyyat keçirilir. Vladimir Putin bunu Donbasın azad edilməsinin və Rusiyanın təhlükəsizliyinə zəmanət verən şəraitin yaradılmasının son məqsədi adlandırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/17/434512283_538:0:3267:2047_1920x0_80_0_0_7e875735c101bdeb5296d63aa89b2cc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hulusi akar, türkiyə, ukrayna
hulusi akar, türkiyə, ukrayna
Türkiyənin müdafiə naziri Ukraynanı dərhal atəşkəsə çağırıb
23:52 11.01.2023 (Yenilənib: 08:46 12.01.2023) Tərəflər vurğulayıblar ki, Ukrayna taxılının ixracına dair dördtərəfli saziş çərçivəsində Birgə Koordinasiya Mərkəzinin işi ehtiyacı olan ölkələrə 17 milyon tona yaxın məhsul göndərməyə imkan verib.
BAKI, 11 yanvar - Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığı zamanı Ukraynada dərhal atəşkəsə çağırıb. Bu barədə Türkiyə Respublikanın Milli Müdafiə Nazirliyi bildirib.
Akar qeyd edib ki, atəşkəs yeni qurbanların qarşısını alacaq və regionda sabitliyi bərpa edəcək.
“Prezidentin (Rəcəb Tayyib Ərdoğan. – Red.) başçılıq etdiyi Türkiyə indiyə qədər etdiyi kimi, regionda sülhün təmin edilməsinə və bütün səviyyələrdə humanitar yardıma töhfə verməyə davam edəcək”, - məlumatda deyilir.
Tərəflər vurğulayıblar ki, Ukrayna taxılının ixracına dair dördtərəfli saziş çərçivəsində Birgə Koordinasiya Mərkəzinin işi ehtiyacı olan ölkələrə 17 milyon tona yaxın məhsul göndərməyə imkan verib.
Akar və Reznikov bu təşəbbüsün fasiləsiz işləyəcəyinə ümid etdiklərini bildiriblər.
2022-ci il fevralın 24-dən Ukraynada xüsusi hərbi əməliyyat keçirilir. Vladimir Putin bunu Donbasın azad edilməsinin və Rusiyanın təhlükəsizliyinə zəmanət verən şəraitin yaradılmasının son məqsədi adlandırıb.