CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İranla Azərbaycanın dövlət sərhədini pozmağa cəhd ediblər

© Photo : State Border Service of Azerbaijan RepublicSaxlanılan şəxslər
Saxlanılan şəxslər - Sputnik Azərbaycan, 1920, 11.01.2023
Abunə olmaq
İlkin dindirilmə zamanı hər iki şəxs İrandan narkotik vasitə gətirmək məqsədilə dövlət sərhədini pozmaq niyyətində olduqlarını etiraf ediblər.
BAKI, 11 yanvar — Sputnik. Yanvar ayının 11-də saat 04:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər Azərbaycan Respublikası vətəndaşları saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzi məlumat yayıb.
© Photo : State Border Service of Azerbaijan RepublicSaxlanılan şəxslər
Saxlanılanlar - Sputnik Azərbaycan, 1920, 11.01.2023
Saxlanılan şəxslər
Araşdırma zamanı saxlanılan şəxslərin Bərdə rayon sakinləri 2003-cü il təvəllüdlü Cəfərov Elməddin Niyaməddin oğlu və 2005-ci il təvəllüdlü Süleymanov Seyfəl Mürvət oğlu olmaları müəyyən edilib.
İlkin dindirilmə zamanı hər iki şəxs İran İslam Respublikasından narkotik vasitə gətirmək məqsədilə dövlət sərhədini pozmaq niyyətində olduqlarını etiraf ediblər.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.
Xəbər lenti
0