Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Qarda yıxılaraq travma alan 54 nəfər xəstəxanalıq oldu

© Sputnik / Murad OrujovQarlı hava
Qarlı hava - Sputnik Azərbaycan, 1920, 11.01.2023
Abunə olmaq
Xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib, digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
BAKI, 11 yanvar — Sputnik. Son 3 gündə qarlı hava şəraiti ilə əlaqədar yıxılaraq travma alan 54 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə KTM məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alanlardan 3 nəfərin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib, digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Bu dövr ərazində avtomobil qəzaları nəticəsində xəsarət alaraq Mərkəzə müraciət edənlərin sayında isə kəskin azalma müşahidə olunub. Avtomobil qəzası nəticəsində yaralanan 9 nəfər Mərkəzin Təcili yardım şöbəsinə gətirilib. Bu da əvvəlki günlərlə müqayisədə dəfələrlə aşağı göstəricidir. Həkimlər bunu qarlı hava şəraitində şəxsi avtomobillərdən az istifadə edilməsi ilə əlaqələndirir.
Hər iki halda Mərkəzə müraciət edən şəxslərin qəbulu və müayinəsi ilə bağlı hər hansı bir problem yaşanmayıb.
Xəbər lenti
0