SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nazirlər Kabineti siyasi partiyalara ianələrin verilməsi ilə bağlı qayda hazırlayacaq

© Sputnik / Murad OrujovNazirlər Kabineti
Nazirlər Kabineti - Sputnik Azərbaycan, 1920, 11.01.2023
Abunə olmaq
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Siyasi partiyalar haqqında" Qanunda əksini tapıb.
BAKI, 11 yanvar — Sputnik. Nazirlər Kabineti 3 ay müddətində siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi qaydasını hazırlayacaq.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Siyasi partiyalar haqqında" Qanunda əksini tapıb.
Fərmana əsasən, həmçinin, Nazirlər Kabineti 3 ay müddətində bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi və öhdəliyin zamin tərəfindən icrasına görə, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan digər hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri) barədə məlumatların təqdim edilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Eyni zamanda, fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində siyasi partiyanın maliyyə hesabatının formasını, məzmununu və təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib.
"Siyasi partiyalar haqqında" Qanun 6 fəsil, 30 maddədən ibarətdir.
Bu Qanun siyasi partiyanın təsis edilməsi, dövlət qeydiyyatı, fəaliyyətinin yoxlanılması, dayandırılması və bərpası, ləğvi qaydasını, həmçinin siyasi partiyanın fəaliyyətinin təşkili, üzvlük və maddi təminat məsələlərini müəyyən edir.
"Siyasi partiyalar haqqında" əvvəlki Qanun 1992-ci ildə qəbul edilmişdi.
Xəbər lenti
0