https://sputnik.az/20230111/azerbaycanda-siyasi-partiya-uzvlerinin-reyestri-aparilacaq-450561806.html
Azərbaycanda siyasi partiya üzvlərinin reyestri aparılacaq
Azərbaycanda siyasi partiya üzvlərinin reyestri aparılacaq
Sputnik Azərbaycan
Yeni Qanuna görə, siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli... 11.01.2023, Sputnik Azərbaycan
2023-01-11T18:00+0400
2023-01-11T18:00+0400
2023-01-11T18:00+0400
azərbaycan
siyasət
"siyasi partiyalar haqqında" qanun
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221205_0:105:2000:1230_1920x0_80_0_0_ca621627ef98fc3d6c50419a6a22f507.jpg
BAKI, 11 yanvar — Sputnik. Azərbaycanda siyasi partiyalar üzvlərinin reyestrini aparacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Siyasi partiyalar haqqında" yeni Qanunda əksini tapıb. Yeni Qanuna görə, siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır. Qanuna əsasən, üzvlərinin reyestrini aparmaq siyasi partiyanın vəzifələri sırasındadır. Təqdim edilmiş siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 30.2-ci və ya 30.3-cü maddəsinə uyğun olaraq reyestrin təqdim olunduğu tarixdən 30 gün müddətində bu barədə məlumatı siyasi partiyaya təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edir. Siyasi partiyanın fəaliyyətinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunun öyrənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatları ildə azı iki dəfə nəzərdən keçirir. Qeyd edək ki, Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib. "Siyasi partiyalar haqqında" Qanun 6 fəsil, 30 maddədən ibarətdir. "Siyasi partiyalar haqqında" əvvəlki Qanun 1992-ci ildə qəbul edilmişdi.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/19/442221205_110:0:1890:1335_1920x0_80_0_0_f82ed551f44e3cd28a7dbdd325d09c9d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, "siyasi partiyalar haqqında" qanun
azərbaycan, "siyasi partiyalar haqqında" qanun
Azərbaycanda siyasi partiya üzvlərinin reyestri aparılacaq
Yeni Qanuna görə, siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparmalıdır.
BAKI, 11 yanvar — Sputnik. Azərbaycanda siyasi partiyalar üzvlərinin reyestrini aparacaq.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Siyasi partiyalar haqqında" yeni Qanunda əksini tapıb.
Yeni Qanuna görə, siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparır.
Qanuna əsasən, üzvlərinin reyestrini aparmaq siyasi partiyanın vəzifələri sırasındadır.
Təqdim edilmiş siyasi partiya üzvlərinin reyestrində çatışmazlıqlar aşkar edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 30.2-ci və ya 30.3-cü maddəsinə uyğun olaraq reyestrin təqdim olunduğu tarixdən 30 gün müddətində bu barədə məlumatı siyasi partiyaya təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.
Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edir.
Siyasi partiyanın fəaliyyətinin Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunun öyrənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dövlət elektron informasiya ehtiyatlarından istifadə etməklə siyasi partiya üzvlərinin reyestrində olan məlumatları ildə azı iki dəfə nəzərdən keçirir.
Qeyd edək ki, Prezident İlham Əliyev "Siyasi partiyalar haqqında" Qanunu təsdiqləyib. "Siyasi partiyalar haqqında" Qanun 6 fəsil, 30 maddədən ibarətdir.
"Siyasi partiyalar haqqında" əvvəlki Qanun 1992-ci ildə qəbul edilmişdi.