CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kirayə üsulu ilə satışa yeni mənzillər çıxarılır: Ünvanlar, aylıq ödənişlər

© pixabay / JesusManuel1Qapıda mənzil açarları
Qapıda mənzil açarları - Sputnik Azərbaycan, 1920, 11.01.2023
Abunə olmaq
Yeni mənzillər elektron ipoteka və kredit zəmanət sistemi üzərindən seçim üçün 18 yanvar 2023-cü il tarixindən açıq olacaq.
BAKI, 11 yanvar — Sputnik. İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına Sumqayıt şəhərində daha 208 tam təmirli mənzil əlavə edilib.
Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksi üzrə 61 mənzil təklif olunur ki, bunlar da 2 və 3 otaqlı yaşayış sahələridir.
Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən kompleksdə isə 2, 3 və 4 otaqlı olmaqla 147 mənzil təklif olunur.
Mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır.
Yeni mənzillər elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 18 yanvar 2023-cü il tarixindən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid (http://mcgf.gov.az/menu/202) vasitəsilə tanış ola bilərlər.
Şəffaflığın və operativliyin təmin olunması məqsədilə müraciətlərin qəbulu tam elektronlaşdırılıb. Sənədlər Fonda təqdim edildikdən sonra təcrübədə ən qısa vaxtda, 3 iş günü ərzində müraciətə baxılması, müvafiq qərarın qəbul edilməsi, kirayə müqaviləsinin rəsmiləşdirilməsi və mənzilin vətəndaşa təhvil verilməsi prosesi tamamlanır.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 2 970 vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), "1549" Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.
Xəbər lenti
0