Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Zəncəfilin faydaları və zərəri barədə bilmədiyimiz önəmli məlumatlar

© AFP 2023 / TOBIAS SCHWARZZəncəfil
Zəncəfil - Sputnik Azərbaycan, 1920, 02.12.2023
Abunə olmaq
Diyetoloq Zoya Boqdanova qaraciyər problemləri olan insanlara zəncəfildən imtina etməyi tövsiyə edib.
BAKI, 2 dekabr — Sputnik. Zəncəfil ümumiyyətlə virus xəstəliklərindən qoruyan ədviyyat kimi istifadə olunur. Lakin bu ədviyyat hər kəsə faydalı olmur.
Bu barədə diyetoloq Zoya Boqdanova bildirib.
Zəncəfil antibakterial və virusa qarşı olan xüsusiyyətləri ilə məşhurdur. Bu ədviyyat soyuqdəymə və qrip üçün tövsiyə olunur. Zəncəfil kökü mədə-bağırsaq traktını patoloji bakteriyaların çoxalmasından qoruyur, lakin ondan sui-istifadə etmək məsləhət deyil.
"Zəncəfil öd yolları, qaraciyər, bağırsaq və ya reflüks xəstəliyi, mədə və ya onikibarmaq bağırsaq xorası olanlar üçün əks göstərişdir. Bu məhsulda daxili selikli qişaları qıcıqlandıra bilən çoxlu miqdarda maddələr var", - deyə həkim xəbərdarlıq edib.
Hətta tamamilə sağlam insanlar da acqarına zəncəfil yeməməlidirlər, bu, turşuluğun və öd ifrazının artmasına səbəb ola bilər.
Xəbər lenti
0