https://sputnik.az/20230110/yene-sifirdan-baslayacaqlar---tez-tez-yanan-ticaret-obyekti-niye-sigorta-edilmir-450492777.html
Yenə sıfırdan başlayacaqlar - Tez-tez yanan ticarət obyekti niyə sığorta edilmir?
Yenə sıfırdan başlayacaqlar - Tez-tez yanan ticarət obyekti niyə sığorta edilmir?
Sputnik Azərbaycan
Vaxtaşırı alovlara qərq olan "Sədərək" ticarət mərkəzində təhlükəsizlik və sığorta baxımından işlər qəribə şəkildə "axsayır". Belə ki, bir neçə sığorta şirkəti... 10.01.2023, Sputnik Azərbaycan
2023-01-10T09:32+0400
2023-01-10T09:32+0400
2023-01-10T11:07+0400
yanğın
cəmiyyət
sədərək
sədərək ticarət mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e7/01/08/450456287_0:39:750:461_1920x0_80_0_0_8b3823fcbe0339ad2b12d810e7fa88d8.jpg
BAKI, 10 yanvar — Sputnik. İki gün əvvəl “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi bu tip iri ticarət obyektlərinin yanğın təhlükəsizliyi problemini yenidən aktuallaşdırıb. Rəsmi açıqlamaya görə, yanğın nəticəsində ümumi sahəsi təxminən 10 ha olan “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb. Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub. Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə məkanlarda yanğın təhülkəsizliyinə çox ciddi sürətdə əməl edilməlidir: “Çünki burada baş verən yanğın hadisəsi həm yüzlərlə insanın həyatını təhlükəyə atır, həm də orada çalışan kiçik sahibkarlara xeyli ziyan vurur". Ekspert bildirdi ki, hələ 2019-cu ildə dövlət başçısı ticarət mərkəzlərində yanğın təhlükəsizliyi barədə tapşırıq verib: “Ticarət mərkəzlərində təhlükəsizliyin gücləndirilməsi ilə bağlı cənab Prezident İlham Əliyev beş il öncə Nizami rayonundakı ticarət mərkəzində baş verən güclü yanğınla bağlı keçirdiyi müşavirədə qeyd etmişdi ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı və təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Ona görə ticarət mərkəzlərini işlədən şəxslər bu işə ciddi yanaşmalıdırlar". E. Nurəliyevin sözlərinə görə, iri ticarət obyektlərində mağaza icarədarları işdən çıxanda elektrik çaydanını, qaz sobasını, yaxud digər elektrik avadanlığını işlək vəziyyətdə qoyub gedirlər. Bu da yanğın təhlükəsini qaçılmaz edir. Ona görə də, ticarət obyektlərinə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təhkim edilməlidir. Həmin şəxslər obyektlərdə yanğın təhlükəsizliyinin pozulması hallarına qarşı lazım olan bütün tədbirləri görərək mübarizə aparmalıdırlar. Nöqsanlar, nasazlıqlar və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verərək aradan qaldırılmasını təmin etməlidirlər. Həmçinin o qeyd edib ki, yanğın dolablarının, yanğın sensorlarının, yanğın siqnalizasiya vasitələrinin, hidrantların, ehtiyat yanğın su çəninin işlək və saz vəziyyətdə olmasına nəzarət edilməli, nasazlıq varsa, vaxtında aradan qaldırılmalıdır. Obyekt sahibləri kompensasiya alacaqlarmı? İri ticarət mərkəzlərində yanğından ən böyük zərər çəkən sahibkarlardır. Bəs görəsən onlar dəymiş ziyana görə kompensasiya alacaqlarmı? İqtisadçı-ekspert Vüqar Oruc Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, ticarət mərkəzində fəaliyyət göstərən obyektlərin özünün, həm də mallarının sığortalanması mütləqdir: “Sığorta həyatımızda çox vacib elementlərdən biridir. Bu, yarana biləcək hər hansı bir situasiyada, fors-major vəziyyətində, o cümlədən bu tipli yanğın, faciə və hadisələrdə həm sahibkar, həm də obyekt sahiblərinə imkan yaradır ki, sığortadan faydalanır. Mövcud hadisə bir daha onu sübut edir ki, yaşayış evləri, mənzillər, obyektlər, o cümlədən fəaliyyətin özü və nüansları sığortalanmalıdır. Bu, həm də baş verən hadisələrin qarşısının alınması, zərərin ödənməsi üçün əsas amildir”. Ekspert qeyd edib ki, onda olan məlumata görə, "Sədərək" Ticarət Mərkəzində baş verən hadisə ilə bağlı sahibkarlara kompensasiya veriləcək: “Həmçinin oradakı obyektlər sığortalanıb. Bu məsələdə hər hansı bir problem görünmür. Hər şey təbii ki, sığorta şirkətləri ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Sadəcə kimsə öz obyektini sığortalamayıbsa, bu xidmətdən yararlanmayacaq. Hesab edirəm ki, digər sahələrdə də çalışan sahibkarlar bu cür hadisələrdən ibrət götürüb sığorta şirkətləri ilə müqavilə bağlamalıdırlar ki, sonradan hansısa çətinliklərlə üzləşməsinlər”. “Sədərək” Ticarət Mərkəzində mağazası olan sahibkar Elçin Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 16-cı sırada yerləşən 48 m kv sahəsi olan mağazası içərisindəki mallarla birgə yanıb: “Mənim orada çex xrustal mağazam var. İçərisində 150 minlik malım yanıb. Ən kiçik xrustalın qiyməti 100 manat idi”. E. Mahmudov mağazasında malların sığortalanmadığını söyləyib. Bildirib ki, “Binə” və “Sədərək” Ticarət mərkəzlərindəki mağazalarda malları heç bir sığorta şirkəti sığortalamır:” Sığorta şirkətləri bu bazarlarla işləmirlər. Biz də belə hadisələr olanda ziyan çəkirik. Ümidimiz bazar rəhbərliyinədir. Görək bizə necə dəstək olur. Burada 25 mağaza yanıb. Ümumilikdə 100 nəfər buradan evinə çörək aparırdı”.Sığortaçılar ticarət mərkəzlərini sığortalamaqdan çəkinirlərMəlumat üçün bildirək ki, bir neçə sığorta şirkəti "Sədərək" və "Binə" ticarət mərkəzlərində daşınmaz əmlakın icbari sığortasından imtina edib. Halbuki bu, "İcbari sığortalar haqqında" qanunun 23-cü maddəsinə ziddir. Həmin maddəyə görə, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Qanunvericilikdə iri obyektlər ilə bağlı 2 icbari sığorta növü tətbiq olunur. Birincisi, istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasıdır. İkincisi isə daşınmaz əmlakın icbari sığortasıdır. İri obyekti icarəyə verən şəxs istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidir. İri obyektlərin içərisində fəaliyyət göstərən fərdi sahibkarlar isə daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidirlər. Yəni, bu iki icbari sığorta növünü müvafiq olaraq iri və xırda sahibkar etməlidir. İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir. Şəxs icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.Xatırladaq ki, yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb. Nazirlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb. Hadisə ilə əlaqədar araşdırma aparılır. Onu da qeyd edək ki, bu, Sədərək Ticarət Mərkəzində baş vermiş ilk yanğın hadisəsi deyil. Bundan əvvəl də dəfələrlə burada yanğın hadisələri baş verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/08/450456287_42:0:709:500_1920x0_80_0_0_e87b14073d80431b2f7684548e73b8e7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
yanğın, sədərək, sədərək ticarət mərkəzi
yanğın, sədərək, sədərək ticarət mərkəzi
Yenə sıfırdan başlayacaqlar - Tez-tez yanan ticarət obyekti niyə sığorta edilmir?
09:32 10.01.2023 (Yenilənib: 11:07 10.01.2023) Vaxtaşırı alovlara qərq olan "Sədərək" ticarət mərkəzində təhlükəsizlik və sığorta baxımından işlər qəribə şəkildə "axsayır". Belə ki, bir neçə sığorta şirkəti "Sədərək" və "Binə" ticarət mərkəzlərində daşınmaz əmlakın icbari sığortasından imtina edib.
BAKI, 10 yanvar — Sputnik. İki gün əvvəl “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi bu tip iri ticarət obyektlərinin yanğın təhlükəsizliyi problemini yenidən aktuallaşdırıb. Rəsmi açıqlamaya görə, yanğın nəticəsində ümumi sahəsi təxminən 10 ha olan “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800m² sahədə yanıb. Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə məkanlarda yanğın təhülkəsizliyinə çox ciddi sürətdə əməl edilməlidir: “Çünki burada baş verən yanğın hadisəsi həm yüzlərlə insanın həyatını təhlükəyə atır, həm də orada çalışan kiçik sahibkarlara xeyli ziyan vurur".
Ekspert bildirdi ki, hələ 2019-cu ildə dövlət başçısı ticarət mərkəzlərində yanğın təhlükəsizliyi barədə tapşırıq verib: “Ticarət mərkəzlərində təhlükəsizliyin gücləndirilməsi ilə bağlı cənab Prezident İlham Əliyev beş il öncə Nizami rayonundakı ticarət mərkəzində baş verən güclü yanğınla bağlı keçirdiyi müşavirədə qeyd etmişdi ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı və təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Ona görə ticarət mərkəzlərini işlədən şəxslər bu işə ciddi yanaşmalıdırlar".
E. Nurəliyevin sözlərinə görə, iri ticarət obyektlərində mağaza icarədarları işdən çıxanda elektrik çaydanını, qaz sobasını, yaxud digər elektrik avadanlığını işlək vəziyyətdə qoyub gedirlər. Bu da yanğın təhlükəsini qaçılmaz edir. Ona görə də, ticarət obyektlərinə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təhkim edilməlidir. Həmin şəxslər obyektlərdə yanğın təhlükəsizliyinin pozulması hallarına qarşı lazım olan bütün tədbirləri görərək mübarizə aparmalıdırlar. Nöqsanlar, nasazlıqlar və çatışmazlıqlar barədə rəhbərliyə məlumat verərək aradan qaldırılmasını təmin etməlidirlər.
Həmçinin o qeyd edib ki, yanğın dolablarının, yanğın sensorlarının, yanğın siqnalizasiya vasitələrinin, hidrantların, ehtiyat yanğın su çəninin işlək və saz vəziyyətdə olmasına nəzarət edilməli, nasazlıq varsa, vaxtında aradan qaldırılmalıdır.
Obyekt sahibləri kompensasiya alacaqlarmı?
İri ticarət mərkəzlərində yanğından ən böyük zərər çəkən sahibkarlardır. Bəs görəsən onlar dəymiş ziyana görə kompensasiya alacaqlarmı? İqtisadçı-ekspert Vüqar Oruc Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, ticarət mərkəzində fəaliyyət göstərən obyektlərin özünün, həm də mallarının sığortalanması mütləqdir:
“Sığorta həyatımızda çox vacib elementlərdən biridir. Bu, yarana biləcək hər hansı bir situasiyada, fors-major vəziyyətində, o cümlədən bu tipli yanğın, faciə və hadisələrdə həm sahibkar, həm də obyekt sahiblərinə imkan yaradır ki, sığortadan faydalanır. Mövcud hadisə bir daha onu sübut edir ki, yaşayış evləri, mənzillər, obyektlər, o cümlədən fəaliyyətin özü və nüansları sığortalanmalıdır. Bu, həm də baş verən hadisələrin qarşısının alınması, zərərin ödənməsi üçün əsas amildir”.
Ekspert qeyd edib ki, onda olan məlumata görə, "Sədərək" Ticarət Mərkəzində baş verən hadisə ilə bağlı sahibkarlara kompensasiya veriləcək:
“Həmçinin oradakı obyektlər sığortalanıb. Bu məsələdə hər hansı bir problem görünmür. Hər şey təbii ki, sığorta şirkətləri ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Sadəcə kimsə öz obyektini sığortalamayıbsa, bu xidmətdən yararlanmayacaq. Hesab edirəm ki, digər sahələrdə də çalışan sahibkarlar bu cür hadisələrdən ibrət götürüb sığorta şirkətləri ilə müqavilə bağlamalıdırlar ki, sonradan hansısa çətinliklərlə üzləşməsinlər”.
“Sədərək” Ticarət Mərkəzində mağazası olan sahibkar Elçin Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 16-cı sırada yerləşən 48 m kv sahəsi olan mağazası içərisindəki mallarla birgə yanıb:
“Mənim orada çex xrustal mağazam var. İçərisində 150 minlik malım yanıb. Ən kiçik xrustalın qiyməti 100 manat idi”. E. Mahmudov mağazasında malların sığortalanmadığını söyləyib. Bildirib ki, “Binə” və “Sədərək” Ticarət mərkəzlərindəki mağazalarda malları heç bir sığorta şirkəti sığortalamır:” Sığorta şirkətləri bu bazarlarla işləmirlər. Biz də belə hadisələr olanda ziyan çəkirik. Ümidimiz bazar rəhbərliyinədir. Görək bizə necə dəstək olur. Burada 25 mağaza yanıb. Ümumilikdə 100 nəfər buradan evinə çörək aparırdı”.
Sığortaçılar ticarət mərkəzlərini sığortalamaqdan çəkinirlər
Məlumat üçün bildirək ki, bir neçə sığorta şirkəti "Sədərək" və "Binə" ticarət mərkəzlərində daşınmaz əmlakın icbari sığortasından imtina edib. Halbuki bu, "İcbari sığortalar haqqında" qanunun 23-cü maddəsinə ziddir.
Həmin maddəyə görə, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Qanunvericilikdə iri obyektlər ilə bağlı 2 icbari sığorta növü tətbiq olunur. Birincisi, istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasıdır.
İkincisi isə daşınmaz əmlakın icbari sığortasıdır. İri obyekti icarəyə verən şəxs istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidir. İri obyektlərin içərisində fəaliyyət göstərən fərdi sahibkarlar isə daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidirlər.
Yəni, bu iki icbari sığorta növünü müvafiq olaraq iri və xırda sahibkar etməlidir. İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir. Şəxs icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.
Xatırladaq ki, yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb. Nazirlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.
Hadisə ilə əlaqədar araşdırma aparılır. Onu da qeyd edək ki, bu, Sədərək Ticarət Mərkəzində baş vermiş ilk yanğın hadisəsi deyil. Bundan əvvəl də dəfələrlə burada yanğın hadisələri baş verib.