https://sputnik.az/20230110/ucarda-narkotik-vasiteni-taxil-anbarinda-gizleden-sexs-saxlanilib-450498830.html
Ucarda narkotik vasitəni taxıl anbarında gizlədən şəxs saxlanılıb
Ucarda narkotik vasitəni taxıl anbarında gizlədən şəxs saxlanılıb
Sputnik Azərbaycan
Əliyev həmin marixuananı ötən ilin may ayında həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından hazırladığını bildirib. 10.01.2023, Sputnik Azərbaycan
2023-01-10T10:00+0400
2023-01-10T10:00+0400
2023-01-10T10:04+0400
cəmiyyət
narkotik
ucar rayonu
ucar
marixuana
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211686_0:184:3000:1872_1920x0_80_0_0_fabc1cc0357994c8ae5325929ce4817f.jpg
BAKI, 10 yanvar - Sputnik. Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Çiyni kənd sakini Anar Əliyev saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.Bildirilib ki, polis əməkdaşları tərəfindən onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədə yerləşən və taxıl anbarı kimi istifadə edilən yardımçı tikilidən külli miqdarda narkotik vasitə aşkarlanıb. Belə ki, A.Əliyev tərəfindən arpa dənlərinin altında gizlədilmiş və təmiz çəkisi 1 kiloqram 580 qrama yaxın olan 300 ədəd kibrit qutusunda və 17 ədəd kağız bükümdə qablaşdırılmış marixuana aşkar olunaraq götürülüb.Dindirilmə zamanı A.Əliyev həmin marixuananı ötən ilin may ayında həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından hazırladığını bildirib.Bundan əlavə, şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən daha bir əməliyyat tədbiri zamanı əvvəllər də narkotiklərə görə məhkum olunmuş rayon sakini Məmməd Abdullayev də saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı isə ondan iki kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb.Hər iki faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211686_0:0:2496:1872_1920x0_80_0_0_d7f866bdaae80321dea0fc10b165244d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, ucar rayonu, ucar, marixuana
narkotik, ucar rayonu, ucar, marixuana
Ucarda narkotik vasitəni taxıl anbarında gizlədən şəxs saxlanılıb
10:00 10.01.2023 (Yenilənib: 10:04 10.01.2023) Əliyev həmin marixuananı ötən ilin may ayında həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından hazırladığını bildirib.
BAKI, 10 yanvar - Sputnik. Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yuxarı Çiyni kənd sakini Anar Əliyev saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahədə yerləşən və taxıl anbarı kimi istifadə edilən yardımçı tikilidən külli miqdarda narkotik vasitə aşkarlanıb. Belə ki, A.Əliyev tərəfindən arpa dənlərinin altında gizlədilmiş və təmiz çəkisi 1 kiloqram 580 qrama yaxın olan 300 ədəd kibrit qutusunda və 17 ədəd kağız bükümdə qablaşdırılmış marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı A.Əliyev həmin marixuananı ötən ilin may ayında həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirdiyi çətənə kollarından hazırladığını bildirib.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən daha bir əməliyyat tədbiri zamanı əvvəllər də narkotiklərə görə məhkum olunmuş rayon sakini Məmməd Abdullayev də saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı isə ondan iki kibrit qutusunda qablaşdırılmış marixuana aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.