CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Postmüharibə dövründə 122 min şəxsə xidmətlər göstərilib

© Sputnik / Murad OrujovVətən Müharibəsi qaziləri
Vətən Müharibəsi qaziləri - Sputnik Azərbaycan, 1920, 10.01.2023
Abunə olmaq
Ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 122 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 264 min xidmət göstərilib.
BAKI, 10 yanvar — Sputnik. Postmüharibə dövründə 122 min şəhid ailəsi üzvü və müharibə iştirakçısına xidmətlər göstərilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Nazirliyin icra etdiyi sosial dəstək paketi çərçivəsində:
- 102 min şəxsə 114 min aylıq sosial ödəniş, 16,8 min şəxs üzrə birdəfəlik ödəmə təyin olunub, 3,1 min şəxsə sığorta ödənişi verilib;
- 2021-ci ilin əvvəlindən şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi olanların, Milli Qəhrəmanların təqaüdləri, - - 2022-ci ilin əvvəlindən sosial müavinətlər orta hesabla 60 faiz artırılıb;
- Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı 5 dəfə genişlənib və onlara 4 500 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib;
- Şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min nəfərə 36,7 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib;
- Müharibə ilə əlaqədar əlilliyi olan 1,8 min şəxs 30,7 min reabilitasiya vasitəsi, 387 nəfər 403 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib;
- Şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 16,5 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9,5 min şəxs özünüməşğulluq proqramına cəlb olunub;
- Vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 71,7 min şəxsə xidmətlər göstərilib və s.
Ümumilikdə postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 122 min şəxsi əhatə edərək, onlara dəstək yönümlü 264 min xidmət göstərilib.
Xəbər lenti
0