SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyan Qafanı itirməkdən qorxur: anklavlar məsələsi müzakirə olunacaq

© AFP 2024 / LUDOVIC MARINNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 10.01.2023
Abunə olmaq
Paşinyan qeyd edib ki, Azərbaycan sazişə ərazi bütövlüyünün qarşılıqlı tanınması bəndini salmağa çalışır, lakin bu bənddə konkret ərazilər göstərilməyəcək.
BAKI, 10 yanvar — Sputnik. Delimitasiya prosesi zamanı anklavlar məsələsi müzakirə olunacaq. Bunu Ermənistan Baş naziri Nikol Paşinyan çərşənbə axşamı mətbuat konfransında bildirib.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Ermənistan 30 ilə yaxındır ki, Azərbaycanın 8 kəndini işğal altında saxlayır.
Paşinyanın sözlərinə görə, müəyyən mövzular Ermənistan cəmiyyətində təzyiq və təlatümlər yaratmaq üçün istifadə olunur. Bununla belə, bütün məsələlər danışıqlar prosesində həll edilməlidir.
"Bu məsələlərlə bağlı panika yaratmağa ehtiyac yoxdur. Bütün məsələlər müzakirə olunacaq. Biz özümüz bunları qaldırırıq, onlar da bunu edirlər", - Baş nazir bildirib.
Paşinyan qeyd edib ki, Azərbaycan sazişə ərazi bütövlüyünün qarşılıqlı tanınması bəndini salmağa çalışır, lakin bu bənddə konkret ərazilər göstərilməyəcək. İmzalanandan sonra Azərbaycan delimitasiya və demarkasiya prosesində yeni ərazi iddiaları ilə çıxış etməyə başlayacaq, məsələn, Qafanın (Sünik) Ermənistanın ərazi bütövlüyü ilə heç bir əlaqəsi olmadığını bəyan edəcək.
Xəbər lenti
0