https://sputnik.az/20230110/naxcivanin-budcesi-tesdiqlendi-problemler-operativ-sekilde-hell-edilecek-450531167.html
Naxçıvanın büdcəsi təsdiqləndi: Problemlər operativ şəkildə həll ediləcək
Naxçıvanın büdcəsi təsdiqləndi: Problemlər operativ şəkildə həll ediləcək
Sputnik Azərbaycan
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib ki, Zəngəzur dəhlizinin ən mühüm əhəmiyyəti Naxçıvan MR ilə ölkəmizin digər... 10.01.2023, Sputnik Azərbaycan
2023-01-10T20:02+0400
2023-01-10T20:02+0400
2023-01-10T20:02+0400
cəmiyyət
naxçıvan
naxçıvan muxtar respublikasının ali məclisinin sədri
naxçıvan muxtar respublikası
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/40366/61/403666179_0:91:1200:766_1920x0_80_0_0_bef917bb18537633d7b1bd095005c21e.jpg
BAKI, 10 yanvar — Sputnik. Yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib. Toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib. 1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları 2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi 3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi 4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış ediblər. Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib, "Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub. Gündəlikdə duran üçüncü məsələ - Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Bağırov çıxış edib, "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" Qanun qəbul olunub. Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən işsizliyin yaranması hallarının qarşısının alınması, iş yeri ixtisar olunmuş şəxslərin əməkhaqlarının kompensasiya olunmasının təmin edilməsi və məşğulluğun artırılması məqsədilə işsizlikdən sığorta fondunun vəsaitləri hər il üçün qanunla təsdiq olunur. Gündəlikdə duran dördüncü məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edib. Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi oxunub və "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında" Qanun qəbul edilib. Sessiyada bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli Fərmanı ilə icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi təsdiq edilib. Həmin büdcə daxilində Naxçıvan Muxtar Respublikasının icbari tibbi sığorta üzrə dövlət agentliyinin gəlirləri və xərcləri müəyyən olunub. Ona görə də bu məsələ ilə bağlı ayrıca normativ aktın qəbul edilməsi məqsədə müvafiq deyildir. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, dövlət başçısının qətiyyəti nəticəsində reallaşan Zəngəzur dəhlizi ölkəmizin və regionun, ən əsası isə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasının bir sıra dövlət məmurlarının ölkə Prezidentinin apardığı uğurlu siyasətə və davamlı inkişafa kölgə salmaq istəyən qanunazidd əməlləri və özbaşınalığı aşkar olunub, qanunamüvafiq tədbirlər görülüb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan neqativ halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Ölkə başçısının müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması və səlahiyyətli nümayəndənin təyin olunması da Naxçıvanda effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır. Muxtar respublikada fəaliyyət göstərən qanunverici və icraedici orqanlar öz fəaliyyətini ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq quracaq, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə qarşılıqlı fəaliyyət göstərəcəklər. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı sosial-iqtisadi islahatlar və müəyyənləşdirdiyi milli prioritetlərin ölkəmizi yeni inkişaf dövrünə çıxardığını deyib. Bildirilib ki, makroiqtisadi inkişafda dayanıqlılığın təmin edilməsi, iqtisadi potensialın artması Azərbaycanın dünya birliyində həm inteqrasiyasını, eləcə də mövqeyini daha da gücləndirməkdədir. Bu gün dövlət başçısının Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətli mövqeyi və uzaqgörən siyasəti Azərbaycanın Avropanın və Asiyanın əsas geoiqtisadi mərkəzi kimi əhəmiyyətini artırır, regional iqtisadi şaxələndirmələrdə milli maraqlarımıza uyğun yeni yanaşmalar ortaya qoyur. Sözsüz ki, Zəngəzur dəhlizinin ən mühüm əhəmiyyəti Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər iqtisadi rayonları arasında birbaşa əlaqəni təmin etməsi olacaqdır. Bununla da Naxçıvan Muxtar Respublikasının iqtisadi-tranzit əhəmiyyəti daha da artacaq, yeni inkişaf istiqamətləri müəyyənləşdiriləcəkdir. Qeyd edilib ki, bu gün sessiyada Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına nəzər salındı, eyni zamanda 2023-cü il büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiq edildi. Biz bu vəsaitlərdən maksimum səmərəli istifadə etməliyik. Təbii ki, Naxçıvan Muxtar Respublikasında bir çox istiqamətlər üzrə nöqsanlar vardır. Xüsusilə ötən illər ərzində büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilmədiyi müəyyən olunub. Bundan əlavə vətəndaşlarla iş sahəsində buraxılan nöqsanlar, şəhid ailələri və qazilərin problemləri birmənalı şəkildə həll olunmalıdır. Səlahiyyətli nümayəndə ümumi inkişaf istiqamətlərini diqqətə çatdıraraq deyib ki, ilin əvvəlindən etibarən fəaliyyət Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin bu və digər sahələrdə müəyyən etdiyi istiqamətlərə uyğun qurulmalı, qarşıya qoyulan vəzifələr icra edilməlidir. "Ölkəmizdə 2023-cü il "Heydər Əliyev İli" elan olunub. "Heydər Əliyev İli"nin qeyd olunması ilə bağlı muxtar respublikada müvafiq tədbirlər həyata keçiriləcəkdir. Dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə bundan sonra da sadiq qalınacaq, ölkəmizin digər bölgələri kimi, Naxçıvanın da davamlı inkişafı təmin olunacaqdır. 2022-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanlara təşəkkür edir, şəhidlərimizin əziz xatirəsini yad edirik", - deyə Azər Zeynalov bildirib. Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası öz işini başa çatdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40366/61/403666179_30:0:1171:856_1920x0_80_0_0_9f27e77d203dbf406014e0eda40764a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
naxçıvan, naxçıvan muxtar respublikasının ali məclisinin sədri, naxçıvan muxtar respublikası, prezident ilham əliyev
naxçıvan, naxçıvan muxtar respublikasının ali məclisinin sədri, naxçıvan muxtar respublikası, prezident ilham əliyev
Naxçıvanın büdcəsi təsdiqləndi: Problemlər operativ şəkildə həll ediləcək
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib ki, Zəngəzur dəhlizinin ən mühüm əhəmiyyəti Naxçıvan MR ilə ölkəmizin digər iqtisadi rayonları arasında birbaşa əlaqəni təmin etməsi olacaq.
BAKI, 10 yanvar — Sputnik. Yanvarın 10-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilib.
Toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib.
1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi
3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış ediblər.
Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Həsən İsmayılov çıxış edib, "Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu səsə qoyularaq qəbul olunub.
Gündəlikdə duran üçüncü məsələ - Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Bağırov çıxış edib, "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" Qanun qəbul olunub.
Sessiyanın gündəliyində duran dördüncü məsələnin müzakirəsi zamanı qeyd olunub ki, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən işsizliyin yaranması hallarının qarşısının alınması, iş yeri ixtisar olunmuş şəxslərin əməkhaqlarının kompensasiya olunmasının təmin edilməsi və məşğulluğun artırılması məqsədilə işsizlikdən sığorta fondunun vəsaitləri hər il üçün qanunla təsdiq olunur.
Gündəlikdə duran dördüncü məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edib. Müzakirə olunan məsələ ilə əlaqədar qanun layihəsi oxunub və "İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında" Qanun qəbul edilib.
Sessiyada bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli Fərmanı ilə icbari tibbi sığorta fondunun 2023-cü il büdcəsi təsdiq edilib. Həmin büdcə daxilində Naxçıvan Muxtar Respublikasının icbari tibbi sığorta üzrə dövlət agentliyinin gəlirləri və xərcləri müəyyən olunub. Ona görə də bu məsələ ilə bağlı ayrıca normativ aktın qəbul edilməsi məqsədə müvafiq deyildir.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov çıxış edərək deyib ki, dövlət başçısının qətiyyəti nəticəsində reallaşan Zəngəzur dəhlizi ölkəmizin və regionun, ən əsası isə Naxçıvan Muxtar Respublikasının gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikasının bir sıra dövlət məmurlarının ölkə Prezidentinin apardığı uğurlu siyasətə və davamlı inkişafa kölgə salmaq istəyən qanunazidd əməlləri və özbaşınalığı aşkar olunub, qanunamüvafiq tədbirlər görülüb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan neqativ halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib. Ölkə başçısının müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması və səlahiyyətli nümayəndənin təyin olunması da Naxçıvanda effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.
Muxtar respublikada fəaliyyət göstərən qanunverici və icraedici orqanlar öz fəaliyyətini ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq quracaq, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi ilə qarşılıqlı fəaliyyət göstərəcəklər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı sosial-iqtisadi islahatlar və müəyyənləşdirdiyi milli prioritetlərin ölkəmizi yeni inkişaf dövrünə çıxardığını deyib.
Bildirilib ki, makroiqtisadi inkişafda dayanıqlılığın təmin edilməsi, iqtisadi potensialın artması Azərbaycanın dünya birliyində həm inteqrasiyasını, eləcə də mövqeyini daha da gücləndirməkdədir. Bu gün dövlət başçısının Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətli mövqeyi və uzaqgörən siyasəti Azərbaycanın Avropanın və Asiyanın əsas geoiqtisadi mərkəzi kimi əhəmiyyətini artırır, regional iqtisadi şaxələndirmələrdə milli maraqlarımıza uyğun yeni yanaşmalar ortaya qoyur. Sözsüz ki, Zəngəzur dəhlizinin ən mühüm əhəmiyyəti Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər iqtisadi rayonları arasında birbaşa əlaqəni təmin etməsi olacaqdır. Bununla da Naxçıvan Muxtar Respublikasının iqtisadi-tranzit əhəmiyyəti daha da artacaq, yeni inkişaf istiqamətləri müəyyənləşdiriləcəkdir.
Qeyd edilib ki, bu gün sessiyada Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına nəzər salındı, eyni zamanda 2023-cü il büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiq edildi. Biz bu vəsaitlərdən maksimum səmərəli istifadə etməliyik. Təbii ki, Naxçıvan Muxtar Respublikasında bir çox istiqamətlər üzrə nöqsanlar vardır. Xüsusilə ötən illər ərzində büdcə vəsaitlərindən təyinata uyğun istifadə edilmədiyi müəyyən olunub. Bundan əlavə vətəndaşlarla iş sahəsində buraxılan nöqsanlar, şəhid ailələri və qazilərin problemləri birmənalı şəkildə həll olunmalıdır. Səlahiyyətli nümayəndə ümumi inkişaf istiqamətlərini diqqətə çatdıraraq deyib ki, ilin əvvəlindən etibarən fəaliyyət Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin bu və digər sahələrdə müəyyən etdiyi istiqamətlərə uyğun qurulmalı, qarşıya qoyulan vəzifələr icra edilməlidir.
"Ölkəmizdə 2023-cü il "Heydər Əliyev İli" elan olunub. "Heydər Əliyev İli"nin qeyd olunması ilə bağlı muxtar respublikada müvafiq tədbirlər həyata keçiriləcəkdir. Dövlət başçısı tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xəttinə bundan sonra da sadiq qalınacaq, ölkəmizin digər bölgələri kimi, Naxçıvanın da davamlı inkişafı təmin olunacaqdır. 2022-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanlara təşəkkür edir, şəhidlərimizin əziz xatirəsini yad edirik", - deyə Azər Zeynalov bildirib.
Bununla da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası öz işini başa çatdırıb.